Ukrayna Rusiyanın hərbi itkilərini açıqlayıb | 1news.az | Xəbərlər
Dünya

Ukrayna Rusiyanın hərbi itkilərini açıqlayıb

12:31 - 01 / 03 / 2022
Ukrayna Rusiyanın hərbi itkilərini açıqlayıb

Ukrayna Rusiyanın itkilərini açıqlayıb.

1news.az-ın xəbərinə görə, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının "Facebook" səhifəsində paylaşım edilib.

Bildirilib ki, fevralın 24-dən bu gün səhər saatlarına qədər Rusiya qüvvələrinin 29 təyyarəsi, 29 helikopteri, 198 tankı, 846 zirehli döyüş maşını, 77 artilleriya sistemi, 7 təyyarə əleyhinə döyüş sistemləri, 60 çən, 3 dron, 2 gəmi/qayıq, 305 avtomobil texnikası, 24 reaktiv yaylım atəş sistemi məhv edilib.

Ukrayna Baş Qərargahı Rusiya tərəfinin 5710 nəfər canlı qüvvəsinin itirdiyini, 200 hərbçinin əsir götürüldüyünü bildirib.

1news.az

Paylaş:
1116

Son xəbərlər

Bütün xəbərlər