Koronavirusa yoluxan qadınların müalicəsi necə təşkil olunub? - Həkimin CAVABI | 1news.az | Xəbərlər
Müsahibə

Koronavirusa yoluxan qadınların müalicəsi necə təşkil olunub? - Həkimin CAVABI

Qafar Ağayev12:27 - 03 / 03 / 2022
Koronavirusa yoluxan qadınların müalicəsi necə təşkil olunub? - Həkimin CAVABI

Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, həkim-ginekoloq Şəymən Qədimova hamilə qadınlarda rast gəlinən xəstəliklər, koronavirusla mübarizələri haqqında sualları cavablayıb.

1news.az cavabları təqdim edir:

- Şəymən xanım, hamilələr arasında daha çox təsadüf olunan xəstəliklər hansılardır?

- Statistikaya əsasən, respublikamızda trombemboliya ana ölümünün əsas səbəbi kimi göstərilir. Bir şox ekstragenital xəstəliklər – şəkərli diabet, müxtəlif mənşəli ürək qüsurları, ağciyər vərəmi, qaraciyər xəstəlikləri (virus hepatitləri), anadangəlmə və qazanılma tromboflebiyalar (qanın laxtanma faktor pozulmaları) ana ölümünün səbəbləri hesab olunur.

- Riskli hamiləlik haqqında məlumat verə bilərsiniz?

- Somatik, sağlam olmayan qadınlar hamiləlik üçün yüksək risk qrupunu təşkil edir. Yüksək risk qrupuna daxil olan qadınlar hamiləliyi axıra qədər çatdıra bilmir və hamiləliyin ana və döl üçün nəticələri qənaətbəxş olmur. Riskli hamiləlik nəinki dölün, eləcə də ananın ölümünə səbəb olur.
Hamilələr üçün yüksək risk qrupunu təşkil edən patologiyalara aşağıdakılar aiddir:
1.Hamiləlik zamanı hipertenziv vəziyyətlər və preklampsiya;
2.Ekstragenital xəstəliklər və hamiləlik;
3.Fetoplasentar çatışmazlıq.
Onu da qeyd etmək istəyirəm ki, riskli hamiləlik vaxtında aşkar edilib, qarşısı alınmasa, bu ya dölün bətndaxili ölümünə, ya da xəstə uşağın doğulmasına səbəb olur.

- Hamilə qadınlar koronavirusa qarşı vaksinasiya oluna bilərlər?

- Dünya praktikasında hamiləlik və südvermə dövründə, hətta hamiləlik planlaşdıran qadınlara peyvənd tövsiyə edilmir. Lakin geniş yayılmış epidemiya və pandemiyalar dövründə virusla mübarizə aparmaq məqsədilə istisnasız olaraq, kütləvi peyvəndlənmə aparılır. Virusun yeni növlərinin virulentliyi artdığı və virus tamalilə aradan qalxmadığı halda, o zaman hamilə qadınlar da kütləvi peyvənləşməyə cəlb oluna bilərlər.

- Hansı xəstəliyi olan qadınlar süd verə bilməz?

- Bəzi istisnalar olmaqla bütün südverən anaların körpələrini ana südü ilə qidalanmasının vacibliyini elmi tədqiqatlarla təsdiqlənib. Hətta aktiv koronavirusa yoluxan hamilə qadınların dünyaya gətirdiyi körpələr də ana südü ilə qidalanmalıdır. Çünki bu cür infeksiyalar əsasən südlə yox, qanla anadan dölə keçir.
İnsanın İmmunçatışmazlığı Virusu (İİV), kavernoz vərəm (açıq vərəm) istisna olmaqla bütün qadınlar süd verməlidir.

- Ölkədə koronavirusa yoluxan qadınların müalicəsi necə təşkil olunub?

- COVID-19 pandemiyasının ilk günlərindən etibarən virusa yoluxan hamilə qadınlara respublikamızın 2 böyük klinikası - Kliniki Tibbi Mərkəz və Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikası xidmət göstərir. Sevindirici haldır ki, son 6 ay müddətində COVID-19 infeksiyasından ana ölümü halları qeydə alınmayıb.
COVID-19-a yoluxması təsdiqlənən bütün hamilə qadınların qeyd olunan klinikalara göndərilir. Ona görə də statistika respublika üzrə hesab olunur.

- Ana bətnində həyata keçirilən əməliyyatlar hansılardır? Hansı hallarda fetal cərrahiyyələr aparılır?

- Son illər ölkəmizdə bətndaxili qan köçürmə əməliyyatı icra edilməsində mühüm addımlar atılır. Belə ki, göstərilən patologiyaları müəyyən etmək üçün amniosentez (ana bətnində dölyanı mayenin müayinəsi) və kordosentez (ana bətnində dölün göbək ciyəsindən götürülən qanın müayinəsi) əməliyyatları uğurla həyata keçirilir.
Amniosentez əməliyyatı ambulator şəraitdə USM-nin nəzarəti altında yerli ağrısızlaşdırma ilə aparılır. 2-3 həftədən sonra əldə olunan nəticəyə əsasən dölün bətndaxili sağlamlığı qiymətləndirilir. Bu müayinəni artıq 7-8 ildir ki, ölkəmizdə aparılması bir çox ciddi xəstə dölün bətndaxili aşkara çıxarılmasına kömək edir.
Kordosentez zamanı isə dölün göbək damarından qan götürməklə diaqnostik əhəmiyyət kəsb edən məlumatlar əldə edilir.

Paylaş:
1214

Son xəbərlər

Lüksemburq parlamentinin qəbul etdiyi sənəd yararsız kağız parçasından başqa bir şey deyil - ŞƏRHBu gün, 20:24Azərbaycan XİN Pakistana başsağlığı veribBu gün, 17:42Hesablama Palatası: Dəfn müavinəti üçün tələb olunan vəsaitin məbləğinə yenidən baxıla bilərBu gün, 17:23Xaçmazdakı qəzada ölən və yaralananların şəxsiyyəti müəyyən edilib - YENİLƏNİBBu gün, 17:17Mikayıl Cabbarov “PowerChina Resources Ltd.” şirkətinin prezidenti ilə görüş keçirdiBu gün, 16:59COP29-u dünyaya və ölkəyə çatdıran media nümayəndələri - FOTOREPORTAJBu gün, 16:54Dövlət Tərcümə Mərkəzi və Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi ləğv edilirBu gün, 16:53Gəncədə qadın sirkə içib öldüBu gün, 16:43Leyla Əliyeva COP29 çərçivəsində nadir canlıların mühafizəsinə həsr olunan panel müzakirələrində iştirak edibBu gün, 16:24Antoni Quterreş Bakıda iqlim maliyyəsi ilə bağlı çağırış etdiBu gün, 16:10Gömrük orqanlarına xidmətə qəbul üçün müsabiqə elan edilibBu gün, 16:02Adil Kərimli İranın mədəni irs, turizm və sənətkarlıq naziri ilə görüşübBu gün, 15:47“Rhenus Group” beynəlxalq logistika xidmətləri şirkəti ADY ilə əməkdaşlıqda maraqlıdırBu gün, 15:44Ceyhun Bayramov misirli həmkarı ilə ikitərəfli və çoxtərəfli əlaqələri müzakirə edibBu gün, 15:39Elm və təhsil naziri Balakəndə vətəndaşların müraciətlərini dinləyəcəkBu gün, 15:06Pirşağı dairəsində müvəqqəti işıqforlar quraşdırıldıBu gün, 14:45İsmail Belen: Meşələr iqlim dəyişikliyi ilə mübarizədə önəmli rol oynayırBu gün, 14:20Mikayıl Cabbarov Yanq Tianfu ilə görüşübBu gün, 14:14Azərbaycanda yaşıl texnologiyalar əsasında iki yeni data mərkəzi tikiləcəkBu gün, 13:56Lənkəranda avtomobil qadını vurub öldürdüBu gün, 13:46
Bütün xəbərlər