Nazirlik: “Müharibə veteranı” təqaüdü ömürlük təyin olunur | 1news.az | Xəbərlər
Cəmiyyət

Nazirlik: “Müharibə veteranı” təqaüdü ömürlük təyin olunur

Qafar Ağayev12:38 - 03 / 03 / 2022
Nazirlik: “Müharibə veteranı” təqaüdü ömürlük təyin olunur

“Müharibə veteranı” adı verilmiş şəxslərə təqaüd təyinatı yekunlaşdırılıb. Bu barədə həm SMS bildiriş sistemi, həm də Nazirliyin saytına daxil olmaqla rahat şəkildə məlumat almaq imkanları yaradılıb.

1news.az-ın məlumatına görə,bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mətbuat katibi Fazil Talıblı sosial şəbəkə hesabında paylaşım edib.

F.Talıblı "Müharibə veteranı" adı verilən şəxslərə təaqüd təyinatı ilə bağlı suallara aydınlıq gətirib.

“Müharibə veteranına təqaüd təyin edildiyi anda şəxsin telefon nömrəsinə bu barədə, habelə təqaüd kartını hansı bankdan əldə edəcəyinə dair SMS göndərilir. SMS elektron sistemdə həmin şəxsin adına olan nömrəyə göndərilir. Eyni zamanda, bu barədə Nazirliyin internet səhifəsindəki (sosial.gov.az) “Müharibə veteranı üçün təqaüd” bölməsinə daxil olmaqla da öyrənə bilər. Şəxs həmin bölməyə daxil olur və şəxsiyyət vəsiqəsinin nömrəsini, doğum tarixini qeyd edir. Əgər ona təqaüd təyin edilibsə, avtomatik olaraq ekrana adı, soyadı çıxır və təqaüd kartını hansı bankdan alacağı qeyd edilir”.-deyə əlavə edib.

O qeyd edib ki, Müharibə veteranı kimi təqaüd almaq üçün hansısa sənəd tələb olunmur.

“Şəxsə qulluq keçdiyi, işlədiyi dövlət orqanı əgər “Müharibə veteranı” adı veribsə, həmin şəxsin hansısa quruma müraciət etməsinə, sənəd təqdim eləməsinə ehtiyac yoxdur. Ona avtomatik, proaktiv qaydada təqaüd təyin olunur. Təqaüd fevralda təyin olunarsa, yanvarın da təqaüdü veriləcək. Təqaüd nə vaxt təyin edilməsindən asılı olmayaraq, 2022-ci ilin 1 yanvarından rəsmiləşdirilir və həmin vaxtdan götürülməklə verilir. “Müharibə veteranı” statusuna görə təqaüd müddətsiz, ömürlük təyin olunur və müharibə veteranının əməkhaqqı, pensiya və ya müavinət almasından asılı olmayaraq, bu təqaüdü də alır",-deyə bildirib.

Onun sözlərinə görə, şəxs müharibə əlili kimi təqaüd alırsa, ona “Müharibə veteranı” statusuna görə təqaüd də verilməyəcək.

"Çünki müharibə əlillərinə Prezidentin aylıq təqaüdü (I dərəcə üçün 400 manat+ qulluq edən şəxs üçün 80 manat, II dərəcə üçün 350, III dərəcə üçün 300 manat) ödənilir. Qanunvericiliyə əsasən, bir şəxsin həm müharibə əlili, həm müharibə veteranı kimi təqaüd almaq hüququ yarandıqda, hüququ olan iki təqaüd növündən yalnız biri və yüksək məbləğdə olanı verilir”,-deyə qeyd edib

Paylaş:
919

Son xəbərlər

COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlərBu gün, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblərBu gün, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcəkBu gün, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHIBu gün, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVABu gün, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıbBu gün, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındıBu gün, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcəkBu gün, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”Bu gün, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTOBu gün, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edibBu gün, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanırBu gün, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaqBu gün, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaqBu gün, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edirBu gün, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublarBu gün, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAMBu gün, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilirBu gün, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunubBu gün, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEOBu gün, 13:18
Bütün xəbərlər