Rusiya və Ukrayna arasında müzakirələrin üçüncü raundu bu gün keçiriləcək
Bu gün Rusiya və Ukrayna nümayəndə heyətləri arasında danışıqların növbəti raundunun keçiriləcəyi gözlənilir.
1news.az Unian.net saytına istinadən xəbər verir ki, bu barədə Ukrayna nümayəndə heyətinin üzvü, hakim “Xalqın xidmətçisi” Partiyasının parlament fraksiyasının rəhbəri David Araxamiyanın bildirib.
O qeyd edib ki, görüşlərin üçüncü turu əvvəlki kimi Polşa-Belarus sərhədində keçiriləcək.
Araxamiyanın sözlərinə görə, danışıqlar Belovejskdə - Puşedə yerli vaxtla saat 15:00-da (Bakı vaxtı ilə saat 16:00) başlayacaq.
Görüşün keçiriləcəyini Rusiya tərəfi təsdiqləyib.
662