Azərbaycandan Ukraynaya növbəti humanitar yardım göndərilib - FOTO - VİDEO - YENİLƏNİB | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycandan Ukraynaya növbəti humanitar yardım göndərilib - FOTO - VİDEO - YENİLƏNİB

S.Xankişiyeva13:34 - 12 / 03 / 2022
Azərbaycandan Ukraynaya növbəti humanitar yardım göndərilib - FOTO - VİDEO - YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə Ukrayna xalqına humanitar yardım məqsədilə təcili və təxirəsalınmaz hallarda tibbi yardımın göstərilməsi üçün dərman vasitələri və tibbi sərf, eləcə də ərzaq və qida məhsullarından ibarət növbəti yardım yola salınıb.

Fövqəladə Hallar Nazirliyindən 1news.az-a verilən məlumata görə, ümumi məbləği 5,5 milyon avrodan artıq olan 380 tonluq humanitar yardımın Polşanın Rjeşov hava limanına çatdırılması üçün ilk təyyarə 12 mart saat 09:00-da Heydər Əliyev adına Beynəlxalq Hava Limanından yola düşüb. Yardımın daşınması məqsədilə gün ərzində növbəti uçuşların həyata keçirilməsi nəzərdə tutulub.

Xatırladaq ki, Ukraynadakı vəziyyətlə əlaqədar ölkə rəhbərliyinin tapşırığı ilə Azərbaycan tərəfindən Ukraynaya dərman vasitələri, tibbi sərf, cihaz və avadanlıqlardan ibarət 6 milyon avro məbləğində ilk humanitar yardım böhranın ilk günlərində 27 fevral tarixində göndərilib.

10:01

Martın 12-də Azərbaycandan Ukraynaya növbəti humanitar yardım yola salınıb.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, qida məhsulları, tibbi ləvazimatlar və dərmanlardan ibarət 380 tonluq yardım təyyarə ilə Polşaya, oradan isə Ukraynaya çatdırılacaq.

Humanitar yardımın yola salınması mərasimində Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski jurnalistlərə müsahibə verib.

Səfir bildirib ki, artıq iki həftədir Azərbaycan Ukraynaya müntəzəm olaraq humanitar yadım göndərir. Göndərilən yardımlar yüzlərlə insanı xilas edir. Azərbaycandan Ukraynaya hazırki vəziyyətdə lazım olan tibbi avadanlıqlar, dərmanlar və qida məhsulları göndərilir. Buna görə Azərbaycan dövlətinə və xalqına, xüsusilə Prezident İlham Əliyevə təşəkkürümüzü bildiririk.

“Azərbaycan və Ukrayna uzun illər həmrəylik nümayiş etdiriblər. Biz, sadəcə, strateji tərəfdaşlar deyilik, biz dost ölkələrik”, - deyə diplomat əlavə edib.

Mövzu ilə əlaqədar oxuyun:

Соса-Соla, Pepsi və Starbucks Rusiyadakı fəaliyyətini dayandırır

Ukraynadan Azərbaycana 4375 nəfər təxliyə olunub - XİN

Zelenski Ukraynaya gələn 16 min könüllünü qarşılayıb – VİDEO

Rasim Musabəyov: Ukraynanı dərhal Avropa İttifaqına qəbul edin! - VİDEO

Əliyevin köməyi və Zelenskinin minnətdarlığı. “Bakıya qarşı sanksiyalar” tələb edən britaniyalı deputat üçün maarifləndirici TƏHLİL

Paylaş:
1916

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər