Соса-Соla, Pepsi və Starbucks Rusiyadakı fəaliyyətini dayandırır | 1news.az | Xəbərlər
Dünya

Соса-Соla, Pepsi və Starbucks Rusiyadakı fəaliyyətini dayandırır

S.Xankişiyeva09:43 - 09 / 03 / 2022
Соса-Соla, Pepsi və Starbucks Rusiyadakı fəaliyyətini dayandırır

Amerikanın Coca-Cola şirkəti Ukraynada davam edən hərbi əməliyyatları ilə əlaqədar Rusiyada fəaliyyətini dayandırdığını açıqlayıb.

1news.az-ın verdiyi xəbərə görə, bu barədə BBC məlumat yayıb.

Şirkətin açıqlamasında bununla bağlı hansı tədbirlərin nəzərdə tutulduğu açıqlanmayıb.

“Hadisələrin gedişatı izləniləcək və baş verənlərə uyğun addım atılacaq. Ürəyimiz Ukraynadakı faciəli hadisələrdən əziyyət çəkən insanların yanındadır. Hadisələrin inkişafını izləməyə və qiymətləndirməyə davam edəcəyik”, – deyə şirkətin məlumatında bildirilir.

Yeri gəlmişkən, ötən həftə şirkət hələlik Rusiyada fəaliyyətini davam edəcəyini açıqlamışdı və bu, Coca-Cola-nı aqressiyanı təşviq etməkdə ittiham edən Ukrayna cəmiyyətində kəskin tənqid və qəzəbə səbəb olmuşdu.

Dünyanın ən böyük qəhvə mağazalar şəbəkə olan American Starbucks Corp. da Rusiyadakı biznesini, o cümlədən məhsullarının ölkəyə tədarükünü dayandırır.

PepsiCo Inc. isə Rusiyada sərinləşdirici içkilərin satışını dayandırdığını açıqlayıb.

Mövzu ilə əlaqədar oxuyun:

Zelenski Ukraynada insanların həlak olmasına görə Qərbi təqsirləndirib

Ukraynadan Azərbaycana 4375 nəfər təxliyə olunub - XİN

Zelenski Avropaya səslənib: Bu gün hamınız ukraynalısınız! – VİDEO

Zelenski Ukraynaya gələn 16 min könüllünü qarşılayıb – VİDEO

Rusiya və Ukrayna arasında müvəqqəti atəşkəs elan olundu

Rasim Musabəyov: Ukraynanı dərhal Avropa İttifaqına qəbul edin! - VİDEO

Əliyevin köməyi və Zelenskinin minnətdarlığı. “Bakıya qarşı sanksiyalar” tələb edən britaniyalı deputat üçün maarifləndirici TƏHLİL

Paylaş:
829

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər