Ukrayna-Rusiya danışıqlarının 4-cü raundu başlayıb
Ukrayna və Rusiya arasında danışıqların 4-cü raundu başlayıb.
1news.az-ın Unian.net-ə istnadən xəbər verir ki, bunu ofis rəhbərinin müşaviri Mixail Podolyak tviterdə yazıb.
"Danışıqların 4-cü turu başlayıb. Sülh, atəşkəs, qoşunların dərhal çıxarılması və təhlükəsizlik təminatları ilə məsələlər müzakirə edilir. Çətin müzakirədir. Rusiya təcavüzkar hərəkətlərinin mənasızlığını dərk etsə də, hələ də Ukraynanın dinc şəhərlərinə qarşı zorakılığın 19 gün davam etməsinin düzgün strategiya olduğuna dair bir illüziyası var", - o bildirib.
431