Rusiya Avropa Şurasından çıxarılıb - FOTO | 1news.az | Xəbərlər
Dünya

Rusiya Avropa Şurasından çıxarılıb - FOTO

S.Xankişiyeva17:47 - 16 / 03 / 2022
Rusiya Avropa Şurasından çıxarılıb - FOTO

Bu gündən etibarən Rusiyanın Avropa Şurasında üzvlüyü rəsmi olaraq dayandırılıb.

1news.az-ın Report-a istinadla verdiyi xəbərə görə, ölkənin üçrəngli bayrağı Avropa Şurasının bayraqlar xiyabanından çıxarılıb.

Qeyd edək ki, Rusiya 1996-cı ildə Avropa Şurasının üzvü olub. Ukrayna ilə müharibə başlayandan sonra Rusiya Avropa Şurasından və Avropa İnsan Haqları Konvensiyasından çıxdığını bəyan edib. Buna baxmayaraq, rəsmi Moskva AİHM-in qərarlarına Konstitusiyaya zidd olmadığı təqdirdə əməl edəcəyini vəd edib.


Paylaş:
829

Son xəbərlər

Bütün xəbərlər