Ukraynada müharibə başlayandan bəri 10 mindən çox cütlük evlənib
Ukraynada müharibənin 21 günü ərzində 10 683 cütlük münasibətlərini qanuniləşdirmək qərarına gəlib. Belə çətin anlarda belə ukraynalılar ruhdan düşmürlər. Onlar sevməyə, planlar qurmağa və uşaq sahibi olmağa davam edirlər, Ədliyyə Nazirliyinin məlumatında deyilir.
1news.az UNİAN-a istinadən bildirir ki, məlumatda qeyd edilir: "İşçilərimiz hətta müharibə şəraitində belə sizin üçün çalışmaqda davam edirlər! Güc hər birimizdədir".
Həmçinin 24 fevral - 15 mart tarixlərində Ukraynada 10 767 körpə doğulub.
1news.az
442