Stoltenberqin səlahiyyət müddəti 1 il uzadılıb
NATO Baş katibi Yens Stoltenberqin səlahiyyət müddəti 1 il uzadılıb.
1news.az-ın verdiyi xəbərə görə, bu barədə o, tviter səhifəsində yazıb:
“NATO dövlət və hökumət başçılarının Baş katiblik müddətimizi 2023-cü il sentyabrın 30-dək uzatmaq qərarına görə şərəf duyuram. Biz ciddi böhranla üzləşmişik. Ona görə də Alyansımızı güclü saxlamalı və xalqımızın təhlükəsizliyini qorumaq naminə birləşmişik”
Honoured by the decision of #NATO Heads of State and Government to extend my term as Secretary General until 30 September 2023. As we face the biggest security crisis in a generation, we stand united to keep our Alliance strong and our people safe. https://t.co/06YkRkmX8J — Jens Stoltenberg (@jensstoltenberg) March 24, 2022