Ərdoğan: Ukrayna və Rusiya Prezidentləri ilə danışıqlarım ola bilər
Bu gün Ukrayna prezidenti Volodimir Zelenski ilə danışıqlarım olacaq, bu həftə sonu və ya gələn həftənin əvvəlində isə Rusiya prezidenti Vladimir Putinlə danışıqlarım ola bilər.
1news.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Brüssel səfərindən qayıdarkən jurnalistlərə açıqlamasında deyib.
"Danışıqlar zamanı onları NATO sammiti çərçivəsində keçirdiyim görüşlər barədə məlumatlandıracağam. Artıq tərəfləri sülhə çağırmaq vaxtıdır. Onlara "Sülh naminə atılan addımların təşəbbüsçüsü sən olmalısan" deməliyik. Bu məsələnin həll yollarını axtarmalıyıq", - deyə R.T.Ərdoğan bildirib.
380