Ukrayna Prezidenti Avropa İttifaqına müraciət edib: Bizim bunun üçün şansımız var
Ukrayna Prezidenti Volodimir Zelenski Avropa İttifaqından Ukraynanın qəbulu məsələsində gecikməməyi xahiş edib.
Bu barədə 1news.az-a "Ukrinform"a istinadən xəbər verir.
"İndi biz Ukraynanın Avropa İttifaqına üzvlüyünə hazırlaşırıq. Nəhayət. Burada sizdən xahiş edirəm - gecikməyin. Xahiş edirəm. Çünki bu ay siz bu iki dünyanı müqayisə etmisiniz və görürsünüz ki, kim nəyə dəyər. Və Ukrayna yaxın gələcəkdə Avropa İttifaqında olmalıdır. Ən azından bunun üçün hər şeyiniz var. Bizim isə bunun üçün şansımız var.
Litva bizi dəstəkləyir. Latviya bizi dəstəkləyir. Estoniya bizi dəstəkləyir. Polşa bizi dəstəkləyir. Fransa - Emmanuel, həqiqətən inanıram ki, siz bizim tərəfimizi tutacaqsınız. İtaliya – dəstəyinizə görə təşəkkür edirik! İspaniya - dil tapacağıq. Belçika - arqumentlər tapacağıq. Avstriya – ukraynalılarla birlikdə olmaq sizin üçün fürsətdir. Mən buna əminəm.
Macarıstan... Mən burada dayanıb səmimi olmaq istəyirəm. Birdəfəlik. Kim olduğunuza özünüz qərar verməlisiniz. Siz suveren dövlətsiniz. Biz sizə inanırıq. Bizim dəstəyə ehtiyacımız var. Biz Macarıstan xalqına inanırıq, Avropa İttifaqına inanırıq. Və inanırıq ki, həlledici anda Almaniya da bizimlə olacaq", - deyə V.Zelenski bildirib.