Rusiyanın Ukraynada itkilərinin sayı açıqlanıb | 1news.az | Xəbərlər
Dünya

Rusiyanın Ukraynada itkilərinin sayı açıqlanıb

Qafar Ağayev13:44 - 26 / 03 / 2022
Rusiyanın Ukraynada itkilərinin sayı açıqlanıb

Ukrayna silahlı qüvvələri Rusiya Silahlı Qüvvələrinin Ukraynada itkilərinin sayını açıqlayıb.

1news.az Unian.net-ə istinadən xəbər verir ki, bildirilib ki, indiyədək 16 400 hərbçi zərərsizləşdirilib.

Bundan başqa, hücum edən tərəfin 575 ədəd tankı, 1 610 ədəd zirehli döyüş maşını, 293 ədəd artilleriya sistemi, 91 ədəd havadan müdafiə sistemi, 51 ədəd zenit kompleksi, 117 ədəd hərbi təyyarəsi, 127 ədəd helikopteri, 1 131 ədəd nəqliyyat vasitəsi, 7 ədəd gəmi/kater, 73 ədəd yanacaq çəni, 56 ədəd dronu məhv edilib.

“Məlumatlar daha dəqiq olur. Hesablama hərbi əməliyyatların yüksək intensivliyi ilə çətinləşir”, - məlumatda vurğulanıb.

Paylaş:
377

Son xəbərlər

Bütün xəbərlər