Erməni silahlı dəstələrinin üzvləri ordumuzun bölmələrinə qarşı təxribat törətməyə cəhd göstərib - RƏSMİ | 1news.az | Xəbərlər
Siyasət

Erməni silahlı dəstələrinin üzvləri ordumuzun bölmələrinə qarşı təxribat törətməyə cəhd göstərib - RƏSMİ

Qafar Ağayev11:53 - 26 / 03 / 2022
Erməni silahlı dəstələrinin üzvləri ordumuzun bölmələrinə qarşı təxribat törətməyə cəhd göstərib - RƏSMİ

Martın 26-sı səhər saatlarında dumanlı hava və məhdudgörmə şəraitindən istifadə edən qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri Azərbaycan Ordusunun bölmələrinə qarşı təxribat törətməyə cəhd göstərib.

Müdafiə Nazirliyindən 1news.az-a verilən məlumata görə. dərhal görülən tədbirlər nəticəsində qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri geri çəkilməyə məcbur edilib.

Baş vermiş insident barədə Rusiya sülhməramlı kontingentinin komandanlığına və Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinə məlumat verilib.
Azərbaycan Ordusunun bölmələri sırasında itki yoxdur. Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

Paylaş:
347

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər