Kiyevin Buça şəhərində törədilən qətliamda iştirak edən rusiyalı hərbçilərin siyahısı hazırlanıb | 1news.az | Xəbərlər
Dünya

Kiyevin Buça şəhərində törədilən qətliamda iştirak edən rusiyalı hərbçilərin siyahısı hazırlanıb

Qafar Ağayev15:14 - 04 / 04 / 2022
Kiyevin Buça şəhərində törədilən qətliamda iştirak edən rusiyalı hərbçilərin siyahısı hazırlanıb

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi Kiyev vilayətinin Buça şəhərində qətliam törətmiş 64-cü motoatıcı briqadanın rusiyalı hərbçilərinin siyahısı hazırlanıb.

1news.az bu barədə Unian.net istinadən xəbər verir.

Bildirilib ki, onlar mülki əhaliyə qarşı cinayətlərə görə cavab verəcəklər.

Qeyd edək ki, Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibə zamanı Buça şəhərində mülki vətəndaşlara qarşı qətliam həyata keçirilib. Nəticədə yüzlərlə adam qətlə yetirilib

Paylaş:
303

Son xəbərlər

Bütün xəbərlər