Rusiyanın elit paraşütçüləri Ukraynada döyüşməkdən imtina etdi | 1news.az | Xəbərlər
Dünya

Rusiyanın elit paraşütçüləri Ukraynada döyüşməkdən imtina etdi

Qafar Ağayev10:17 - 08 / 04 / 2022
Rusiyanın elit paraşütçüləri Ukraynada döyüşməkdən imtina etdi

Rusiyanın Ukraynaya göndərdiyi elit döyüş bölməsinin 60 paraşütçüsü üsyan edərək döyüşməkdən imtina etdi.

1news.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Ukraynada döyüşmək üçün Belarusa göndərilən 60-a yaxın paraşütçü üsyan qaldıraraq döyüşməkdən imtina edib. Rusiyanın şimalındakı əsas hava qüvvələri qərargahı olan Pskovdan olan əsgərlər döyüşməkdən imtina etdikdən sonra öz bazalarına qayıdıblar.

Bazalarına qayıdan əsgərlər Rusiyada “qorxaq” elan edilib. Onlar indi həbs cəzası ilə qarşı-qarşıyadırlar.

Paylaş:
377

Son xəbərlər

Bütün xəbərlər