Türkiyə hansı halda Rusiyaya qarşı sanksiyalara qoşulacaq? – Çavuşoğlu cavab verib
“Türkiyə təkcə balans siyasəti yürütmür, eyni zamanda prinsipial siyasət aparır”.
1news.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoölu deyib.
Nazir bildirib ki, Türkiyə beynəlxalq hüquqa uyğun hərəkət edir.
Rusiyanın Ukraynaya hücumunu düzgün hesab etmədiyimizi və bunu rədd etdiyimizi söylədik. Biz də bir çox qərarların qəbulunda iştirak etmişik. Digər tərəfdən, heç kimin müharibə demədiyi halda bunun müharibə olduğunu bildirərək Montrö Konvensiyasına əməl etdik”.
Türkiyənin Rusiyaya qarşı sanksiyalara qoşulması ilə bağlı sualları cavab verən Çavuşoğlu, “Əgər sanksiyalar BMT-nin sanksiyalarıdırsa, biz buna əməl edəcəyik” – deyə, əlavə edib:
“ Amma digər tərəfdən, ölkələr sanksiya qərarı alır, sabah onu dəyişə bilərlər. Buna əməl edən ölkələr var, əməl etməyən ölkələr var. Amma hər iki tərəf etiraf edir ki, vasitəçilik etdiyimiz müddətdə bizim bu sanksiyalarda iştirak etməyimiz qeyri-realdır. Sanksiyalar bizim şirkətlərə də təsir edə bilər. Amma biz prinsipial və balanslı mövqeyimizi qoruyub saxlayacağıq. Bizim apardığımız siyasətə hamı hörmətlə yanaşır”.