“Qafqaz Qartalı” xüsusi təyinatlı qüvvələrin təliminə dair memorandum təsdiqlənib | 1news.az | Xəbərlər
Rəsmi

“Qafqaz Qartalı” xüsusi təyinatlı qüvvələrin təliminə dair memorandum təsdiqlənib

S.Xankişiyeva15:34 - 23 / 04 / 2022
“Qafqaz Qartalı” xüsusi təyinatlı qüvvələrin təliminə dair memorandum təsdiqlənib

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti, Türkiyə Respublikası Hökuməti və Gürcüstan Hökuməti arasında “Qafqaz Qartalı” xüsusi təyinatlı qüvvələrin təliminə dair” Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında Qanunu imzalayıb.

Bu haqda 1news.az dövlət başçısının rəsmi saytına istinadla xəbər verir.

Sənədə əsasən, 2019-cu il oktyabrın 10-da Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti, Türkiyə Respublikası Hökuməti və Gürcüstan Hökuməti arasında “Qafqaz Qartalı” xüsusi təyinatlı qüvvələrin təliminə dair” Anlaşma Memorandumu təsdiq edilib.

Paylaş:
663

Son xəbərlər

Bütün xəbərlər