Mütəxəssis: İnsan DNT-si təxminən 3 milyard əsasdan ibarətdir - MÜSAHİBƏ
İnsan DNT-si təxminən 3 milyard əsasdan ibarətdir və bu əsasların 99 faizindən çoxu bütün insanlar üçün eynidir.
Bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Yavər Hacısoy bildirib.
1news.az Yavər Hacısoy ilə müsahibəni təqdim edir.
- Yavər müəllim, DNT nədir və onun strukturuna nələr daxildir?
- Dezoksiribonuklein turşusu (DNT) - canlı orqanizmin formalaşması və həyati proseslərini davam etdirə bilməsi üçün irsi informasiyanın saxlanıldığı, nəsildən-nəsilə ötürülən biopolimerdir. Bəzi viruslar istisna olmaqla, bütün orqanizmlərin DNT molekulu var. O, orqanizmin hüceyrələrində həyata keçən bütün metabolik proseslərin davamlılığını təmin edərək nəzarəti özündə saxlayan, genetik məlumatın nəsildən-nəsilə ötürülməsini təmin edən quruluşdur.
DNT strukturunun müəyyən edilməsi genetika sahəsində böyük bir dönüş nöqtəsi olub. DNT molekulunda adenin, quanin, timin və sitozin adlı dörd növ azotlu əsas var. Molekulun bir zəncirindəki əsaslar digər zəncirlə komplementarlıq prinsipinə uyğun olaraq əlaqə yaradırlar. Belə ki, adenin timin ilə, quanin isə sitozin ilə qoşalaşmış komplekslər əmələ gətirir. Məhz bu xüsusiyyət DNT maddəsininin RNT (Ribonuklein turşusu) polimerinə ötürülməsinə imkan verir. Bu özəlliklər hüceyrə strukturlarının yaradılması və işlədilməsi, eləcə də informasiyanın sonrakı nəslə ötürülməsi kimi vacib proseslərin əsasını təşkil edir.
- Bildiyiniz kimi, aprelin 25-i Beynəlxalq DNT Günüdür. Beynəlxalq Günün mahiyyəti haqqında qısa məlumat verərdiniz.
- Bəşəriyyətin ən vacib və eyni zamanda ən müəmmalı kəşflərindən biri sayılan DNT molekulunun quruluşu haqqındakı məqalə 1953-cü ildə Ceyms Uotson, Frensis Krikin, Moris Uilkins və Rozalind Franklin tərəfindən “Nature” jurnalında nəşr olunub. 2003-cü il aprelin 25-də Beynəlxalq İnsan Genomu Araşdırma İnistitutu (National Human Genome Research Institute, NHGRI) tərəfindən insan genlərinin deşifrə edilməsi layihəsinin sona yaxınlaşdığı elan edilib. Belə ki, genomun bəzi hissələrinin əlavə analizləri başa çatmasa da layihə üzərində əsas işin yekunlaşdırılması bildirilib. İnsan genlərinin strukturunun müəyyən edilməsi səhiyyənin inkişafı istiqamətində atılan çox vacib addımdır.
- DNT haqqında ən maraqlı faktlar hansılardır?
- İnsanları bir-birindən ayırmaq qabiliyyətinin mənbəyi DNT-dir. İnsan DNT-si təxminən 3 milyard əsasdan ibarətdir və bu əsasların 99 faizindən çoxu bütün insanlar üçün eynidir.
İnsan genomu olan 3 milyard DNT zənciri məlumat şəklinə salındıqda təxminən 3 GB yer tutur.
Model, həll edilməmiş müxtəlif sualları, genetik məlumatın gələcək nəsillərə necə ötürüləcəyini, kopyalanmasını və ya müvəqqəti olaraq necə bloklanmasına kömək edir. İnsan Genomu Proyekti, həmçinin məlumatların təhlili üçün istifadə olunan avadalıqların inkişaf etdirilməsini təmin etdi.
Dövrümüzdə elm sahəsində irəliləyiş bu kriteriyalar olmadan mümkün deyil. Genetika sahəsində aparılan tədqiqatlar nəticəsində gələcəkdə insan DNT-si üzərində effektiv və dəqiq üsullar hazırlana bilər.
- Diaqnostika və terapiya üçün xüsusi DNT texnologiyalarından istifadə haqqında məlumat verərdiniz.
- Bu gün DNT-nin xəstəliklərin diaqnostikası və müalicəsi, genetik manipulyasiya texnologiyalarının tədqiqat və təkmilləşdirmə fəaliyyətlərində istifadə olunması, geni dəyişdirilmiş orqanizmlərin əldə edilməsi, biomüdafiə, məhkəmə və hüquqi proseslərin həllolunması üçün çox vacibdir.
DNT texnologiyasının prenatal genetik diaqnostikada istifadəsi ilə xəstəliklərin ana bətnində müəyyən edilməsi mümkün olub. Genetik mühəndisliyi sahəsində aparılan tədqiqatların nəticəsi olaraq gələcəkdə insan DNT-si üzərində dəyişikliklər etmək üçün daha təsirli, dəqiq üsul və avadanlıqların inkişaf etdirilməsi nəzərdə tutulub. Bu gün müalicəsi olmayan bir çox xəstəliklərdən insanların şəfa tapması gələcəkdə reallaşa bilər. Buna misal olaraq, genetik mexanizmləri tam bilinməyən bəzi sonsuzluqların müalicəsi, əksər irsi xəstəliklərin nəsildən-nəsilə ötürülməsinin qarşısı alına bilər. Qocalmanın dayandırılması