Türkiyədə təyyarə yaşayış evlərinin arasına düşüb, ölənlər var - FOTO - VİDEO | 1news.az | Xəbərlər
Dünya

Türkiyədə təyyarə yaşayış evlərinin arasına düşüb, ölənlər var - FOTO - VİDEO

Qafar Ağayev17:25 - 25 / 04 / 2022
Türkiyədə təyyarə yaşayış evlərinin arasına düşüb, ölənlər var - FOTO - VİDEO

Türkiyənin Bursa şəhərində tək mühərrikli təyyarə qəzaya uğrayıb.

1news.az-ın Türkiyə KİV-lərində istinadən məlumatına görə, baş verən qəza nəticəsində biri köməkçi olmaqla 2 pilot həlak olub.

Qeyd olunur ki, təyyarə Bursanın Osmanqazi rayonunda yaşayış evlərinin arasına düşüb. Qəzadan sonra təyyarənin düşdüyü yerdə yanğın başlayıb.

Qəza nəticəsində sakinlər arasında xəsarət alanların olmadığı deyilir. Hadisənin texniki nasazlıq nəticəsində baş verdiyi bildirilir. Hadisə təcili yardım və yanğınsöndürənlər cəlb olunub

Paylaş:
684

Son xəbərlər

Bütün xəbərlər