Laçında azaraq itkin düşən hərbçilərimizin axtarışları davam edir
Azərbaycan Ordusunun Laçın rayonunda itkin düşən 2 hərbi qulluqçusunun axtarışları davam edir.
Müdafiə Nazirliyindən 1news.az-a bildirilib ki, martın 4-də Laçın rayonu ərazisində yolu azaraq itkin düşən müddətli həqiqi hərbi xidmət qulluqçuları - əsgər Məmmədov Fərid Əjdər oğlu və əsgər Abdullayev Firdovsi Mais oğlunun axtarışı davam edir.
Məlumatda bildirilir ki, yüksək dağlıq və çətin relyefli ərazidə hərbi qulluqçularımızın tapılması məqsədilə aidiyyəti dövlət qurumları ilə birgə axtarış-xilasetmə tədbirləri həyata keçirilir.
Mövzu ilə əlaqədar oxuyun:
Laçında Azərbaycan Ordusunun 2 əsgəri itkin düşüb
Azərbaycan Ordusunun Laçında itkin düşən əsgərlərinin axtarışı davam edir
427