Hikmət Hacıyev: Azərbaycan Cənubi Qafqazın inteqrasiyalı modelini təklif edir | 1news.az | Xəbərlər
Siyasət

Hikmət Hacıyev: Azərbaycan Cənubi Qafqazın inteqrasiyalı modelini təklif edir

S.Xankişiyeva14:07 - 28 / 04 / 2022
Hikmət Hacıyev: Azərbaycan Cənubi Qafqazın inteqrasiyalı modelini təklif edir

“Azərbaycan Cənubi Qafqazın inteqrasiyalı modelini təklif edib. Hazırda region çox dağınıqdır, ona görə də insanlar arasında daha çox əlaqələr, daha çox təmas qurmaq lazımdır”.

1news.az-ın Report-a istinadla verdiyi xəbərə görə, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Şuşada beyin mərkəzlərinin “Cənubi Qafqaz: inkişaf və əməkdaşlıq” adlı konfransının açılışında deyib.

“Biz buna hazırıq, indi top Ermənistandadır”, - H.Hacıyev bildirib. Onun sözlərinə görə, Azərbaycanın Ermənistana əsas mesajı ərazi bütövlüyü və suverenliyinin tanınmasıdır: “Ermənistan buna hazırdırmı? Biz hazırıq”.

O, həmçinin iki ölkə arasında sərhədlərin delimitasiyası və demarkasiyası məsələsinin həllinin vacibliyini qeyd edib. “Biz artıq bu prosesin yaxın vaxtlarda başlayacağı ilə bağlı müəyyən siqnallar alırıq”, - H.Hacıyev əlavə edib.

“Danışıqlarda digər mühüm məqam kommunikasiyaların açılmasıdır. Orta dəhliz yeni reallıqlarda xüsusi əhəmiyyət kəsb edir. Ermənistan bunun bir hissəsi ola bilərmi? Əlbəttə ki, hə. Amma biz Ermənistanın qərar verməsini gözləyə bilmərik, ona görə də Azərbaycan İranla danışıqlar aparıb və paralel nəqliyyat marşrutunun qurulması imkanları barədə razılığa gəlib”, - prezidentin köməkçisi vurğulayıb.

H.Hacıyev onu da xatırladıb ki, Azərbaycan həmçinin regional “3+3” formatının inkişafını da təklif edib.

O, Qarabağın erməni əhalisi ilə bağlı məsələyə də toxunaraq Azərbaycanın onları öz vətəndaşı hesab etdiyini söyləyib: “Biz Xankəndi sakinlərini Azərbaycan vətəndaşları hesab edirik. Azərbaycanda bütün dinlərə hörmətlə yanaşılır, bütün dini məbədlər qorunub saxlanılır, amma işğal illərində yüzlərlə məscid dağıdılıb və ya başqa məqsədlər üçün istifadə edilib”.

Paylaş:
280

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər