Florida ştatının üç şəhərində 28 may tarixi “Azərbaycan Respublikası Günü” elan edilib – FOTO | 1news.az | Xəbərlər
Siyasət

Florida ştatının üç şəhərində 28 may tarixi “Azərbaycan Respublikası Günü” elan edilib – FOTO

S.Xankişiyeva17:11 - 04 / 05 / 2022
Florida ştatının üç şəhərində 28 may tarixi “Azərbaycan Respublikası Günü” elan edilib – FOTO

ABŞ-ın Florida ştatının Hallandeyl Biç, Aventura və Mayami-Deyd şahərlərində 28 may tarixi “Azərbaycanın Respublika Günü” elan edilib.

1news.az-a Diasporla İş üzrə Dövlət Komitəsindən verilən xəbərə görə, Hallandeyl Biç şəhər meri Coy Kuper, Aventura şəhərinin meri Enid Vaysman, Mayami-Deyd Dairə Şurası Komissarlarının sədri Jоse “Pepe” Dias və mer Daniella Levin Kava bununla bağlı bəyannamə imzalayıblar.

Bəyannamələrdə Azərbaycan Xalq Cümhuriyyətinin yaranması tarixindən, ABŞ-la Azərbaycan arasında strateji münasibətlər və tərəfdaşlıqdan bəhs olunub.

İmzalanan sənədlərdə, həmçinin burada yaşayan azərbaycanlıların Floridanın ictimai həyatında fəal iştirak etdikləri, regionda müxtəlifliyə, mədəniyyətlərarası anlaşmaya, sülh və firavanlığa töhfə verdikləri qeyd edilib.

Bundan əlavə, bəyannamələrdə 2006-cı il oktyabrın 26-da yaradılan Azərbaycan-Amerika Mədəniyyət Assosiasiyasının rolu vurğulanıb.

Hər üç şəhərin rəsmiləri yerli sakinləri bu bayrama qoşulmağa və Azərbaycan xalqının töhfələrini birgə qeyd etməyə çağırıb.

Bu qərarların qəbulu Mayami şəhərində fəaliyyət göstərən Azərbaycan-Amerika Mədəniyyət Assosiasiyasının sədri Töhfə Eminovanın müraciəti əsasında gerçəkləşib.

Paylaş:
492

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər