Haitidə 8 Türkiyə vətəndaşı oğurlanıb | 1news.az | Xəbərlər
Dünya

Haitidə 8 Türkiyə vətəndaşı oğurlanıb

Qafar Ağayev10:11 - 09 / 05 / 2022
Haitidə 8 Türkiyə vətəndaşı oğurlanıb

Cinayətkar qruplaşma üzvləri Haitinin paytaxtı ətrafında 8 Türkiyə vətəndaşını qaçırıblar.

1news.az xəbər verir ki, bu barədə yerli Haiti24 saytı yazır.

Məlumata görə, Türkiyə vətəndaşları Dominikan Respublikasından avtobusla Croix de Bouquet kommunası ərazisinə səyahət edirmişlər. Bu ərazi cinayətkar qruplaşmaların fəaliyyət göstərdiyi əsas ərazilərdəndir.

Qeyd olunur ki, hadisə ilə bağlı artıq rəsmi Ankara məlumatlandırılıb.

Paylaş:
334

Son xəbərlər

Bütün xəbərlər