Paşinyan Niderlandda da aksiya ilə qarşılandı - VİDEO | 1news.az | Xəbərlər
Dünya

Paşinyan Niderlandda da aksiya ilə qarşılandı - VİDEO

13:37 - 11 / 05 / 2022
Paşinyan Niderlandda da aksiya ilə qarşılandı - VİDEO

Niderlandda yaşayan erməni icmasının nümayəndələri bu ölkədə səfərdə olan Ermənistanın Baş naziri Nikol Paşinyanı etiraz aksiyası ilə qarşılayıblar.

1news.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bu barədə məlumatı “Sputnik Ermənistan” yayıb.

Paşinyanla nümayəndə heyətinin qaldığı hotelin qarşısına toplaşan aksiya iştirakçıları “Nikol – satqın!”, “Satqın”, “Qatil” kimi şüarlar səsləndiriblər.

Bildirilir ki, etirazçıların bir neçəsi hotelin içərisində olub və Paşinyan binaya daxil olduqda ona qarşı şüarlar səsləndirməyə başlayıblar.

Xatırladaq ki, son günlər Ermənistan müxalifəti Paşinyan və onun hökumətinin istefasını tələb etmək məqsədilə paytaxt İrəvanda etiraz aksiyaları keçirir.

1news.az

Paylaş:
506

Son xəbərlər

Bütün xəbərlər