Ukraynanın birinci prezidenti vəfat edib | 1news.az | Xəbərlər
Dünya

Ukraynanın birinci prezidenti vəfat edib

09:40 - 11 / 05 / 2022
Ukraynanın birinci prezidenti vəfat edib

Ukraynanın ilk prezidenti Leonid Kravçuk uzun sürən xəstəlikdən sonra vəfat edib.

1news.az xəbər verir ki, bu barədə Ukrayna İnformasiya Agentliyinə siyasətçinin ailəsindən bildirilib.

Qeyd edək ki, bu ilin yanvarın 10-da Kravçukun 88 yaşı tamam olub. Onun səhhətində problem 2021-ci ilin iyununda yaranıb. Sabiq dövlət başçısı Kiyevdəki xəstəxanalardan birində ürəyindən əməliyyat olunub.

1news.az

Paylaş:
603

Son xəbərlər

Bütün xəbərlər