İsrail Suriyaya zərbə endirib, 5 nəfər ölüb | 1news.az | Xəbərlər
Dünya

İsrail Suriyaya zərbə endirib, 5 nəfər ölüb

11:36 - 14 / 05 / 2022
İsrail Suriyaya zərbə endirib, 5 nəfər ölüb

Suriyanın mərkəzi hissəsindəki Masyaf şəhərinə raket hücumu olub.

1news.az “SANA” agentliyinə istinadən xəbər verir ki, hadisə nəticəsində 5 nəfər ölüb.

İlkin məlumata görə, ölənlər arasında mülki vətəndaş da var. Raket hücumu ilə əlaqədar 7 nəfər yaralanıb.

Zərbədən sonra kənddə yanğın başlayıb.

Suriya mediası cümə günü baş verən hücumda İsraili günahlandırıb.

Qeyd edək ki, Suriya tez-tez İsraili öz ərazisinə hücumlarda ittiham edir.

İsrail Müdafiə Nazirliyi belə xəbərləri şərh etmir.

1news.az

Paylaş:
598

Son xəbərlər

Bütün xəbərlər