Prezident Administrasiyasında Ədalət Partiyasının sədri ilə görüş keçirilib | 1news.az | Xəbərlər
Siyasət

Prezident Administrasiyasında Ədalət Partiyasının sədri ilə görüş keçirilib

S.Xankişiyeva12:59 - 21 / 05 / 2022
Prezident Administrasiyasında Ədalət Partiyasının sədri ilə görüş keçirilib

Prezident Administrasiyasında siyasi partiya rəhbərləri ilə görüşlər davam etdirilir.

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsindən 1news.az-a bildiriblər ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkəmizdə həyata keçirilən siyasi dialoq prosesi çərçivəsində növbəti görüş Ədalət Partiyasının sədri İlyas İsmayılovla təşkil olunub. Mayın 20-də Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin iştirakı ilə keçirilmiş görüşdə sözügedən partiyanın sədr müavini Elxan Şükürlü də iştirak edib.

Görüş zamanı Administrasiyanın rəsmisi Ədalət Vəliyev Prezident İlham Əliyevin ölkədə demokratik münasibətlərin bərqərar olunmasına dair nümayiş etdirdiyi siyasi iradənin nəticəsində qazanılmış nailiyyətlər, həmçinin aktual olan və mühüm əhəmiyyət kəsb edən digər məsələlər haqqında geniş məlumat verib.

İkinci Qarabağ müharibəsində qazanılmış Qələbə nəticəsində regionda yaranmış yeni geosiyasi reallıqlar, aparılan islahatların əhəmiyyəti, ölkəmizin qlobal təşəbbüsləri və Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın artan rolu, Böyük Qayıdış ilə bağlı icra olunan layihələr, dünyada baş verən müxtəlif hadisələr fonunda ölkəmizdə siyasi sabitliyin qorunmasının strateji əhəmiyyəti və bir sıra digər məsələlərin müzakirəsi çərçivəsində xüsusi olaraq vurğulanıb ki, dövlətin inkişafı üçün strateji əhəmiyyət kəsb edən məsələlərdə ölkəmizdə fəaliyyət göstərən siyasi partiyalar fəal mövqe tutmalıdırlar.

Siyasi dialoq mühitinin inkişafı nəticəsində siyasi partiyaların fəaliyyəti üçün yaradılan münbit şəraitdən bəhs edən şöbə müdiri bildirib ki, müxalifət partiyalarının Prezident İlham Əliyevin mövcud istiqamətdəki təşəbbüslərini dəstəkləməsi Azərbaycanda dayanıqlı demokratik ənənələrin formalaşdırılması prosesini sürətləndirir. Azərbaycanda bütün demokratik məzmunlu təşəbbüslərə rəğmən sabitliyin pozulmasına xidmət edən təxribatlar təkcə ölkənin inkişafı üçün deyil, ümumiyyətlə, regionun sabit inkişafına təhdid yaradır. Bu səbəbdən radikal müxalifətin təxribatlarının yalnız təəssüf hissi doğurduğu və cəmiyyət tərəfindən bu cür qərəzli yanaşmanın sərt tənqid edilməsinin heç də təsadüfi olmadığı vurğulanıb. Bu mənada siyasi dialoqda fəal iştirak edən və bu təşəbbüsləri dəstəkləyən partiyalar Azərbaycanda siyasi sabitliyin təmin olunması prosesində bilavasitə iştirak etmiş olurlar.

Təşkil olunmuş görüşə və bu cür təşəbbüslərə görə təşəkkürünü bildirən partiya sədri İlyas İsmayılov qeyd edib ki, ölkədə həmrəylik mühitinin qorunması dövlətin və cəmiyyətin strateji prioriteti kimi qəbul olunmalıdır. Bu mənada ölkənin və cəmiyyətin inkişafı naminə atılan bütün addımlarda dövlətin yanında olacağını vurğulayan İlyas İsmayılov deyib ki, rəhbərlik etdiyi siyasi partiya öz fəaliyyətində hər zaman yalnız dövlətin və millətin maraqlarından çıxış edəcək.

Administrasiya rəsmisi Ədalət Vəliyev görüşün sonunda konstruktiv əməkdaşlığın əhəmiyyətini bir daha vurğulayaraq İlyas İsmayılova və onun sədrlik etdiyi siyasi partiyaya gələcək fəaliyyətində uğurlar arzulayıb.

Paylaş:
400

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər