Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutulub
![Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutulub](/images/2022/05/21/20220521121638908/thumb.jpg?2022-05-21+12%3A17%3A18)
Ermənistan silahlı qüvvələrinin bölmələri mayın 20-si axşam saatlarında dövlət sərhədinin Basarkeçər rayonunun Aşağı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atəşə tutub.
1news.az-ın verdiyi xəbərə görə, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Məlumatda bildirilib ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.
447