Məktəb qan gölünə döndü: 15 ölü, xeyli yaralı var - FOTO
ABŞ-ın Texas ştatının Yuvald şəhərində orta məktəbdə atışma baş verib.
1news.az yerli mətbuata istinadən xəbər verir ki, qubernator Qreq Abbotun sözlərinə görə, məktəbdəki atışmanı yerli sakin, 18 yaşlı Salvador Romas törədib, onun hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən zərərsizləşdirildiyi iddia edilir. "O, 14 tələbəni güllələyib, bir müəllimi də öldürüb", - qubernator deyib.
Hadisə nəticəsində 10-dan çox yaralının olduğu deyilir. Qeyd edilir ki, 13 məktəbliyə tibbi yardım göstərilir, onlardan ikisi San-Antonio şəhərindəki xəstəxanaya çatdırılıb. Bundan əlavə, 45 yaşlı yetkin şəxs güllə yarası alıb.
ABŞ Prezidenti Cozef Bayden çərşənbə axşamı Texasın Uvald şəhərində orta məktəbdə atışma qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq ölkədə və xaricdəki hökumət binalarında
Ağ Evdən bildirilib ki, Bayden çərşənbə axşamı Texasda baş verənlərlə bağlı açıqlama verəcək.