Braziliyada polisin xüsusi əməliyyatı zamanı onlarla insan öldürülüb
Braziliya polisinin Rio-de-Janeyroda keçirdiyi reyd zamanı azı 21 nəfər ölüb.
1news.az xəbər verir ki, bu barədə yerli "Globo" telekanalı məlumat yayıb.
Qeyd olunur ki, ştatın hərbi polisinin xüsusi təyinatlıları ilə Federal polisin meqapolisin şimalındakı favelalardakı birgə əməliyyat fəaliyyətləri çərşənbə axşamı səhər tezdən başlayıb və hələ də davam edir. Məqsəd ölkənin ən böyük mütəşəkkil cinayət qruplarından biri olan "Komando Vermlyo"nun yerli liderlərini ələ keçirməkdir.
Hüquq-mühafizə orqanlarının əməkdaşlarının məlumatına görə, mütəşəkkil cinayətkar dəstənin liderlərinin gizləndiyi əraziyə basqın nəticəsində quldur dəstəsinin üzvü olduğu ehtimal edilən 12 nəfər məhv edilib. Daha səkkiz nəfərin şəxsiyyəti hələ müəyyən edilməyib.
Yerli KİV-in məlumatına görə, 41 yaşlı yerli sakin də xüsusi əməliyyatın təsadüfi qurbanı olub, daha 5 nəfər yaralanıb.
1news.az