Dünyanın ən böyük viski şüşəsi satıldı | 1news.az | Xəbərlər
Dünya

Dünyanın ən böyük viski şüşəsi satıldı

10:19 - 02 / 06 / 2022
Dünyanın ən böyük viski şüşəsi satıldı

Edinburqda dünyanın ən böyük viski şüşəsi "Lyon & Turnbull" hərracında 1,1 milyon funta satılıb.

1news.az oxu.az-a istinadən xəbər verir ki, hündürlüyü təxminən 180 sm, həcmi 311 litr olan 32 illik "Macallan" skotçunun alıcısı anonim qalmağı tərcih edib.

Qeyd edək ki, şüşəyə "Qorxmaz" adı verilib. O, 11 tədqiqatçı və novatorun nailiyyətlərinə həsr olunub. Həmin şəxslərin portretləri içkinin etiketinə həkk olunub.

Layihənin müəllifi investor Daniel Monkdur. O, dünyanın ən böyük viski şüşəsini mərhum atasının şərəfinə yaradıb.

1news.az

Paylaş:
367

Son xəbərlər

Bütün xəbərlər