Avroviziyada qalib gələn ukraynalılar PUA almaq üçün mükafatı satdılar
“Eurovision” qalibi Ukrayna qrupu orduya Pilotsuz Uçuş Aparatı (PUA) almaq üçün qazandıqları “kristal mikrofonu” 900 min dollara satıb.
66-cı Avroviziya Mahnı Müsabiqəsində "Stefanİa" mahnısı ilə birinci yeri qazanan Ukraynanın "Kaluş Orkestri" qrupu Rusiyaya qarşı döyüşən əsgərlərə dəstək olmaq üçün qazandıqları "kristal mikrofon"u satışa çıxarıb. Satış ukraynalı teleaparıcı Sergey Pritulanın rəhbərlik etdiyi Facebook auksionu vasitəsilə həyata keçirilib. Hərracda 900 min dollar dəyərində 500 Ethereum təklif edən Avropa mərkəzli kriptovalyuta birjası WhiteBit qalib gəldi. Hərracda qrupun solisti Oleh Psiukun məşhur çəhrayı papağı üçün də lotereya keçirilib. Ödənişli lotereyaya 56 ölkədən 31 min adam qatıldığı halda, buradan 370 min dollar toplanıb.
Ukrayna İHA istehsal edib
Qrup bu pulun üç Pilotsuz Uçuş Aparatı (PUA) və yerüstü idarəetmə stansiyasından ibarət Ukrayna istehsalı olan PD-2 sisteminin maliyyələşdirilməsinə sərf ediləcəyini bildirib. Ukrayna prezidenti Vladimir Zelenski “Eurovision”da qələbədən sonra gələn il müsabiqənin Rusiyanın hazırda işğal altında olan Mariupol şəhərində keçiriləcəyini deyib.
Bununla bağlı Avroviziya təşkilatçıları Ukraynaya jest edərək, onlara yeni “kristal mikrofon” veriləcəyini bildirib.