Anadangəlmə ürək qüsurlarının erkən diaqnostikası necə aparılır? - Həkimdən İZAH | 1news.az | Xəbərlər
Müsahibə

Anadangəlmə ürək qüsurlarının erkən diaqnostikası necə aparılır? - Həkimdən İZAH

Qafar Ağayev12:35 - 31 / 05 / 2022
Anadangəlmə ürək qüsurlarının erkən diaqnostikası necə aparılır? - Həkimdən İZAH

Ürək nahiyəsinə alınan zərbələr, ağır allergik reaksiyalar, ciddi astmatik status və boğulmalar, anadangəlmə ürək qüsurları uşaqlarda ürəyin qəfləti dayanmasına səbəb ola bilər.

Bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Elnur Həsənov müsahibəsində deyib.

1news.az Elnur Həsənov ilə müsahibəni təqdim edir.

- Elnur müəllim, uşaqların ürək qüsurlu doğulmasında genetika və valideynlərin pis vərdişləri nə qədər rol oynayır?

- Anadangəlmə ürək qüsuru olan ananın ürək qüsurlu uşaq dünyaya gətirməsi ehtimalı 50 faizin üzərindədir. Bu, anada artıq olan qüsurlu genlərin bir araya gəlməsi və dölün inkişafı zamanı bir sıra faktorların təsiri nəticəsində olur. Anadangəlmə ürək qüsurlarının yaranmasına həm genetik faktorlar, həm də hamiləlik dövründə bəzi anaların pis vərdişləri səbəb ola bilər. Ürək damar sisteminin formalaşmasında embriogenezin ilk 8 həftəsi önəmli əhəmiyyət kəsb edir.

Bundan əlavə, valideynlərdə və ya qohumlarda anadangəlmə ürək xəstəliyinin olması, yaxın qohum evlilikləri, anada şəkərli diabet, hamiləlik dövründə spirtli içki və siqaret istifadəsi, ananın radiasiyaya məruz qalması körpədə bir sıra ürək qüsurlarının yaranmasına səbəb olur.

Elnur Həsənov

- Uşaqlarda ürəyin qəfil dayanması halları nədən yaranır?

- Ürək nahiyəsinə alınan zərbələr, ağır allergik reaksiyalar, ciddi astmatik status və boğulmalar, anadangəlmə ürək qüsurları uşaqlarda ürəyin qəfləti dayanmasına səbəb ola bilər.
Kliniki olaraq qarşılaşdığımız halların çox hissəsini anadangəlmə ürək qüsurları əhatə edir. Bunlara ani ürək dayanmasına səbəb olan hallar, ürəyi qidalandıran tac damarlarda anadangəlmə anomaliyalar, aorta qapağın ciddi darlığı və mitral qapaq taylarının ciddi prolapsı aiddir.

- Anadangəlmə ürək qüsurları olan uşaqlarda neçə yaşında ürək əməliyyatları həyata keçirilir?

- Anadangəlmə ürək qüsurları çox geniş diapozonu əhatə edir, ağ və göy qüsurlar olaraq təsnif olunur. Bu qüsurlar arasında erkən yaşda müdaxilə tələb edən qüsurlar göy qüsurlar qrupunda təsnif olunan xəstəliklərdi (Fallo tetradası, trikuspid qapaq atreziyası, böyük damarların transpozisiyası və ya yerdəyişməsi). Cərrahi yanaşma xəstənin vəziyyətindən və qüsurun ağırlığından asılı olaraq dəyişir. Göy qüsurlar çox hallarda həyatın ilk aylarında cərrahi müdaxilə tələb edir. Ağ qüsurlar isə qulaqcıqarası çəpərin qüsuru, mədəcik arası çəpər qüsuru və digərləri qüsurun simptomatikasından asılı olaraq müxtəlif vaxlarda əməliyyat tələb edir.

- Anadangəlmə ürək qüsurlarının erkən diaqnostikası necə aparılır?

- Anadangəlmə ürək qüsurlarının müalicəsi kompleks şəkildə aparılır. Bura medikamentoz müalicə, bəzi hallarda intervension müdaxilə (X-ray endovaskulyar üsul, yəni təsirlənmiş orqana daxilolmalar damarlar vasitəsilə həyata keçirilir), çox hallarda isə cərrahi müdaxilə aiddir.
Anadangəlmə ürək qüsurlarının erkən diaqnostikası uşağın həyatı üçün kritik önəm kəsb edir. Uşaq doğulduğu anda göyərmə, tənəffüs pozğunluqları, xüsusilə də oksigen saturasiyasının ölçülməsi və bu göstəricinin aşağı olanda ürək qüsurundan şübhələnmək olar.

Uşaq ilk günlərindən daha çox ana ilə təmasda olur. Ona görə də anada körpənin ürək qüsurlu olması ilə bağlı bəzi şübhələr yarana bilər. Buraya uşağın zəif qidalanması və sakit vəziyyətdə göyərməsi, tənəffüs pozğunluqları, çəki artmaması, gecə tərləmələri aiddir.

- Hansı idman növləri anadangəlmə ürək qüsurlu uşaqlar üçün tövsiyə olunmur?

- Anadangəlmə ürək qüsuru ilə doğulan uşaqlar bir çox hallarda cərrahi müdaxilə olunmazsa, yaşıdlarından inkişaf bərasində geri qalır. Nəticədə fiziki güc tələb edən oyunlar və idman növləri ilə məşğul olmaları məsləhət görülmür.

Paylaş:
705

Son xəbərlər

Azərbaycan XİN Pakistana başsağlığı veribBu gün, 17:42Hesablama Palatası: Dəfn müavinəti üçün tələb olunan vəsaitin məbləğinə yenidən baxıla bilərBu gün, 17:23Xaçmazdakı qəzada ölən və yaralananların şəxsiyyəti müəyyən edilib - YENİLƏNİBBu gün, 17:17Mikayıl Cabbarov “PowerChina Resources Ltd.” şirkətinin prezidenti ilə görüş keçirdiBu gün, 16:59COP29-u dünyaya və ölkəyə çatdıran media nümayəndələri - FOTOREPORTAJBu gün, 16:54Dövlət Tərcümə Mərkəzi və Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi ləğv edilirBu gün, 16:53Gəncədə qadın sirkə içib öldüBu gün, 16:43Leyla Əliyeva COP29 çərçivəsində nadir canlıların mühafizəsinə həsr olunan panel müzakirələrində iştirak edibBu gün, 16:24Antoni Quterreş Bakıda iqlim maliyyəsi ilə bağlı çağırış etdiBu gün, 16:10Gömrük orqanlarına xidmətə qəbul üçün müsabiqə elan edilibBu gün, 16:02Adil Kərimli İranın mədəni irs, turizm və sənətkarlıq naziri ilə görüşübBu gün, 15:47“Rhenus Group” beynəlxalq logistika xidmətləri şirkəti ADY ilə əməkdaşlıqda maraqlıdırBu gün, 15:44Ceyhun Bayramov misirli həmkarı ilə ikitərəfli və çoxtərəfli əlaqələri müzakirə edibBu gün, 15:39Elm və təhsil naziri Balakəndə vətəndaşların müraciətlərini dinləyəcəkBu gün, 15:06Pirşağı dairəsində müvəqqəti işıqforlar quraşdırıldıBu gün, 14:45İsmail Belen: Meşələr iqlim dəyişikliyi ilə mübarizədə önəmli rol oynayırBu gün, 14:20Mikayıl Cabbarov Yanq Tianfu ilə görüşübBu gün, 14:14Azərbaycanda yaşıl texnologiyalar əsasında iki yeni data mərkəzi tikiləcəkBu gün, 13:56Lənkəranda avtomobil qadını vurub öldürdüBu gün, 13:46Tuvalulu naziri Buradakı müzakirələrin kiçik ada dövlətlərinə də ciddi təsiri varBu gün, 12:50
Bütün xəbərlər