İlham Əliyev: “Azərbaycan Avropaya da elektrik enerjisinin ixracını planlaşdırır” | 1news.az | Xəbərlər
Siyasət

İlham Əliyev: “Azərbaycan Avropaya da elektrik enerjisinin ixracını planlaşdırır”

Qafar Ağayev14:51 - 01 / 06 / 2022
İlham Əliyev: “Azərbaycan Avropaya da elektrik enerjisinin ixracını planlaşdırır”

Neft tədarükü artmaqdadır, indi Azərbaycan həm də başqa ölkələr üçün mühüm tranzit imkanları təmin edir. Bu potensialdan da maksimum dərəcədə istifadə etmək olar.

1news.az xəbər verir ki, bunu bu gün Bakı Enerji Həftəsi çərçivəsində Xəzəryanı regionun energetika sektorunda ən böyük tədbir – 27-ci Beynəlxalq Xəzər Neft və Qaz “Caspian Oil & Gas” 2022 sərgisinin açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev bildirib.

Dövlət başçısının sözlərinə görə, təəssüf ki, Azərbaycanın mühüm tranzit ölkə kimi imkanları potensial tədarükçülər tərəfindən lazımi səviyyədə qiymətləndirilməyib: “Amma düşünürəm ki, indi onlar fikirlərini dəyişiblər, çünki hamı başa düşür ki, diversifikasiya enerji təhlükəsizliyinin mühüm amillərindən biridir. Biz enerji strategiyamızın ilk günündən şaxələndirmə üzərində çalışırıq. Ona görə də biz ixrac marşrutlarını şaxələndirmişik. Müxtəlif istiqamətlərdə üç neft kəməri, müxtəlif istiqamətlərdə dörd qaz kəməri, elektrik xətlərimiz var və qonşu ölkələrə elektrik enerjisi ixrac edirik”.

Prezident İlham Əliyev Azərbaycanın Avropaya da elektrik enerjisinin ixracını planlaşdırdığını qeyd edib: “Bunun üçün biz təkcə yüklərin deyil, həm də elektrik enerjisinin nəql edilməsi üçün vacib nəqliyyat marşrutu ola biləcək Zəngəzur dəhlizini aktivləşdirmək istəyirik. Biz bunun üzərində işləyirik və artıq praktiki investisiyalara başlamışıq. Odur ki, şaxələndirmə hamı üçün vacibdir. Ona görə də hesab edirəm ki, Azərbaycanın etibarlı tranzit potensialını az qiymətləndirənlər indi fikirlərini dəyişəcəklər. Biz bunun ilkin siqnallarını görürük və köməyə ehtiyacı olan hər kəsə kömək etməyə hazırıq, çünki siyasi iradəmiz var, siyasətimiz həmişə körpü qurmaq, əməkdaşlığı gücləndirmək məqsədi daşıyır və əlavə olaraq bunun üçün infrastrukturumuz var. Yeni dəniz limanımız var, bizi bütün istiqamətlərlə birləşdirən dəmir yollarımız, magistral yollarımız var, beynəlxalq hava limanlarımız var. Üç beynəlxalq hava limanının tikintisini başa vurduqdan sonra, qeyd edim ki, onlardan birinin tikintisi işğaldan azad edilmiş ərazilərdə tamamlanıb, onların sayı doqquz olacaq və həmçinin coğrafi mövqeyimiz buna imkan verir. Ona görə də biz neft və qaz sahəsində gələcək əməkdaşlığımızı daha da genişləndirməyi planlaşdırarkən Azərbaycanın tranzit potensialını da nəzərə almalıyıq”.

Paylaş:
288

Son xəbərlər

Ədalət Verdiyev həbs edildiBu gün, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıbBu gün, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşübBu gün, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaqBu gün, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanırBu gün, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”Bu gün, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdürBu gün, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcəkBu gün, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏTBu gün, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEOBu gün, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildiBu gün, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıbBu gün, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandıBu gün, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş veribBu gün, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37
Bütün xəbərlər