Ermənistan dövlət sərhədində mövqelərimizi atəşə tutub - RƏSMİ | 1news.az | Xəbərlər
Siyasət

Ermənistan dövlət sərhədində mövqelərimizi atəşə tutub - RƏSMİ

Qafar Ağayev09:02 - 01 / 06 / 2022
Ermənistan dövlət sərhədində mövqelərimizi atəşə tutub - RƏSMİ

Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Tovuzqala rayonunun Müsürskənd və Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən mayın 31-i axşam saatlarından iyunun 1-i gecə saatlarınadək Azərbaycan Ordusunun Tovuz rayonunun Ağdam və Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

Müdafiə Nazirliyindən 1news.az-a bildirilib ki, ordumuzun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.

Paylaş:
343

Son xəbərlər

Bütün xəbərlər