Aİ: Azərbaycanla əməkdaşlığı gücləndirəcəyik | 1news.az | Xəbərlər
Siyasət

Aİ: Azərbaycanla əməkdaşlığı gücləndirəcəyik

12:03 - 01 / 06 / 2022
Aİ: Azərbaycanla əməkdaşlığı gücləndirəcəyik

“Biz iqlim dəyişikliyə ilə bağlı bir sıra çətinliklərlə üzləşməkdəyik”.

1news.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bunu bu gün 27-ci Bakı Enerji Forumunun rəsmi açılışında Avropa Komissiyasının Enerji siyasəti, strategiya və koordinasiya üzrə direktoru Kristina Lobillo Borrero bildirib.

Kristina Lobillo Borrero deyib ki, Avropa İttifaqı enerji diversifikasiyasına dəstək verir: “Avropa İttifaqı qaz təchizatına tələbatının təmini üçün diversifikasiyanı zəruri sayır. Bərpa olunan enerjiyə böyük önəm veririk. Ümid edirik ki, Azərbaycanla əməkdaşlığı gücləndirəcəyik. İnanırıq ki, 2050-ci ilə kimi enerji neytrallığına nail ola biləcəyik”.

1news.az

Paylaş:
331

Son xəbərlər

Bütün xəbərlər