Sahibə Qafarova: Azərbaycan və Türkiyə ikili standartlarla birgə mübarizə aparır
"Bu tədbir çox önəmlidir".
1news.az xəbər verir ki, bunu ADA Universitetində Milli Məclis, Türkiyə Böyük Millət Məclisi və Beynəlxalq Balkan Universitetinin birgə təşkilatçılığı ilə 7-ci Beynəlxalq Sosial Elmlər Konqresinin açılış mərasimində Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova deyib.
“7-ci Beynəlxalq Sosial Elmlər Konqresinin Qarabağa həsr olunması çox önəmlidir. Bu Konqresin digər tərəfi qardaş ölkələr arasında münasibətlərin daha da yaxşılaşmasına xidmət etmək olacaq".
“Azərbaycan və Türkiyə arasında diplomatik münasibətlər qurulmasının 30 illiyini qeyd etdik. Türkiyə Azərbaycanın müstəqilliyini 1-ci olaraq tanımaqla, öz qardaş dəstəyini ilk gündən göstərib. Azərbaycan Prezidentinin dəfələrlə təkrarladığı bir kəlam var: dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə yaxın olan ölkə tapmaq mümkün deyil. Azərbaycan və Türkiyənin ortaq təşəbbüslərinin nəticəsi olan böyük beynəlxalq layihələr regionda sabitliyə töhfə verib. Məhz öz xalqlarının maraqlarına xidmət edən Azərbaycan və Türkiyə ikili standartlar və qeyri-obyektiv münasibətlə qarşılaşıb. Ayrı-ayrı dövrlərdə nələrin baş verdiyini biz yaxşı bilirik. Sevindirci hal odur ki, Azərbaycan və Türkiyə bu ikili standartlara qarşı birgə mübarizə aparmağı bacarıb. 44 günlük Vətən Müharibəsində qardaş Türkiyə Azərbaycana dəstək verib".