Sahibə Qafarova ABŞ-ın Azərbaycandakı səfiri ilə görüşüb | 1news.az | Xəbərlər
Siyasət

Sahibə Qafarova ABŞ-ın Azərbaycandakı səfiri ilə görüşüb

Qafar Ağayev16:32 - 06 / 06 / 2022
Sahibə Qafarova ABŞ-ın Azərbaycandakı səfiri ilə görüşüb

İyunun 6-da Milli Məclisin sədri Sahibə Qafarova ABŞ-ın ölkəmizdəki səfiri Örl Litzenberger ilə görüşüb.

1news.az xəbər verir ki, səfiri Milli Məclisdə salamlayan spiker Sahibə Qafarova, bu il Azərbaycan və ABŞ arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin tamam olduğunu bildirib. O, ötən dövr ərzində ölkələrimiz arasında bir çox sahələrdə geniş əməkdaşlıq əlaqələrinin qurulduğunu diqqətə çatdırıb. Milli Məclisin sədri xüsusilə, enerji təhlükəsizliyi, ABŞ-ın Azərbaycanın təşəbbüskarı olduğu regional enerji layihələrinin həyata keçirilməsi istiqamətindəki dəstəyi, beynəlxalq terrorizmə qarşı mübarizə, iqtisadiyyatın müxtəlif sahələrində geniş əməkdaşlığı qeyd edib.

Söhbət zamanı spiker parlamentlərarası əlaqələrin əhəmiyyətindən danışaraq, bildirib ki, hər iki ölkənin parlamentində dostluq qrupları fəaliyyət göstərir və müxtəlif formatlarda mütəmadi görüşlər keçirilir. Azərbaycan yalnız federal səviyyədə deyil, ABŞ ştatlarının qanunverici orqanları ilə də əməkdaşlığın dərinləşməsində maraqlıdır.

Görüşdə Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi Zəfər və regionda yaranmış yeni vəziyyət barədə məlumat verən spiker bildirib ki, Azərbaycan sülh və sabitliyin tərəfdarıdır. Ölkəmizin Vətən müharibəsində qələbəsi və 30 ilə yaxın Ermənistanın işğalı altında olan torpaqlarını azad etməsi regionda yeni reallıqlar yaradıb. Azərbaycan ərazilərinin tezliklə minalardan təmizlənməsi və 30 ilə yaxın məcburi köçkün həyatı yaşamış vətəndaşlarının öz yurdlarına qayıtması üçün sürətli bərpa və quruculuq işləri aparır. İnanırıq ki, iki ölkə arasında sülh sazişi imzalanacaq və bu, region ölkələrinin inkişafına yeni təkan verəcəkdir.

Səmimi görüş üçün təşəkkürünü bildirən ABŞ-ın ölkəmizdəki səfiri Örl Litzenberger Azərbaycanın ABŞ üçün mühüm tərəfdaş olduğunu, ölkəsinin Azərbaycanla münasibətlərin inkişafına böyük önəm verdiyini və münasibətlərin daha da inkişafında maraqlı olduğunu diqqətə çatdırıb. O, bu sahədə parlamentlərarası münasibətlərin inkişaf etdirilməsinin faydalı olacağından danışıb.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Paylaş:
370

Son xəbərlər

Ədalət Verdiyev həbs edildiBu gün, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıbBu gün, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşübBu gün, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaqBu gün, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanırBu gün, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”Bu gün, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdürBu gün, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcəkBu gün, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏTBu gün, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEOBu gün, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildiBu gün, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıbBu gün, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandıBu gün, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş veribBu gün, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37
Bütün xəbərlər