Deputat Emin Hacıyevin sədrliyi ilə MDB Gənclər Parlamentlərarası Assambleyasının 18-ci iclası keçirilir - FOTO | 1news.az | Xəbərlər
Siyasət

Deputat Emin Hacıyevin sədrliyi ilə MDB Gənclər Parlamentlərarası Assambleyasının 18-ci iclası keçirilir - FOTO

15:09 - 09 / 06 / 2022
Deputat Emin Hacıyevin sədrliyi ilə MDB Gənclər Parlamentlərarası Assambleyasının 18-ci iclası keçirilir - FOTO

Bu gün Rusiyanın Sankt-Peterburq şəhərində MDB Gənclər Parlamentlərarası Forumu və MDB Gənclər Parlamentlərarası Assambleyasının 18-ci iclası öz işinə başlayıb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən 1news.az-a bildiriblər ki, iki gün davam edəcək Forum MDB Parlamentlərarası Assambleyasının 30 illiyi və MDB Gənclər Parlamentlərarası Assambleyasının 10 illiyinə həsr olunub.

“Gənc parlamentarilər – MDB-nin gələcəyinə baxış” mövzusunda keçirilən MDB Gənclər Parlamentlərarası Foruma Milli Məclisin üzvü Emin Hacıyev sədrlik edib. Deputatlar Nigar Arpadarai və Könül Nurullayeva toplantılara onlayn formatda qoşulublar.

Tədbirdə Milli Məclisin sədri Sahibə xanım Qafarovanın MDB Gənclər Parlamentlərarası Forumunun iştirakçılarına ünvanladığı salamlama nitqi səsləndirilib.

Qeyd edək ki, Forum çərçivəsində təşkil olunacaq dəyirmi masalarda MDB-də gənclər parlamentarizmi: gənclər parlament strukturlarının təcrübəsi və beynəlxalq əməkdaşlığın genişləndirilməsi, Gənclərin ictimai diplomatiyası: regionlararası əməkdaşlıq və MDB ölkələrinin ortaq maraqları mövzularında məruzələr dinləniləcək. Burada deputatımız Nigar Arpadarai Gənclər siyasəti və gənclərin hüquqlarının və maraqlarının təmin edilməsi sahəsində qanunvericiliyin aktual istiqamətləri mövzusunda çıxış edəcək.

Deputat Emin Hacıyevin koordinatoru olduğu MDB Gənclər Parlamentlərarası Assambleyasının iclasında MDB-yə üzv ölkələrdə “Mənim nəsil şəcərəm” müsabiqəsinin keçirilməsi, dövlət gənclər siyasəti məsələlərinə dair milli qanunvericiliyin təkmilləşdirilməsi və uyğunlaşdırılması üzrə tövsiyələrin hazırlanması, bir sıra digər məsələlərlə bağlı müzakirələr aparılacaq.

Milli Məclisin üzvü Könül Nurullayeva tədbirdə mədəni irsin qorunması və xalq yaradıcılığının inkişafında gənclərin rolu mövzusunda fikirlərini açıqlayacaq.

Paylaş:
716

Son xəbərlər

Ədalət Verdiyev həbs edildiBu gün, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıbBu gün, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşübBu gün, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaqBu gün, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanırBu gün, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”Bu gün, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdürBu gün, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcəkBu gün, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏTBu gün, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEOBu gün, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildiBu gün, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıbBu gün, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandıBu gün, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş veribBu gün, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37
Bütün xəbərlər