Allahşükür Paşazadə Rus Pravoslav Kilsəsinin nümayəndəsi ilə görüşüb | 1news.az | Xəbərlər
Siyasət

Allahşükür Paşazadə Rus Pravoslav Kilsəsinin nümayəndəsi ilə görüşüb

Qafar Ağayev17:35 - 11 / 06 / 2022
Allahşükür Paşazadə Rus Pravoslav Kilsəsinin nümayəndəsi ilə görüşüb

İyunun 11-də Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının sabiq arxiyepiskopu Aleksandr İşeinin Birinci Fəxri xiyabanda məzarını ziyarət edib, əklil qoyub və mərhumun ruhuna dualar oxuyub.

Bu barədə 1news.az-a Qafqaz Müsəlmanları İdarəsindən məlumat verilib.

Daha sonra Qafqaz Müsəlmanları İdarəsində Rus Pravoslav Kilsəsinin rəsmisi ilə görüş keçirilib.

Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının sabiq arxiyepiskopu Aleksandr İşeinin vəfatının ildönümü münasibətilə Bakıya gələn Pyatiqorsk və Çerkessk Arxiyepiskopu Feofilaktı qəbul edən QMİ sədri Şeyxülislam Allahşükür Paşazadə Aleksandr Atanın Azərbaycanda dinlərarası münasibətlərin, multikulturalizmin inkişafında, Azərbaycan və Rusiya arasında dostluq münasibətlərinin bərqərar olmasında rolundan, Azərbaycanda dinlərarası qardaşlıq və əməkdaşlıq mühitinə töhfələrindən danışıb. Qeyd edib ki, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşein 1998-ci ildə təsis edilmiş Bakı yeparxiyasının yepiskopu, 2012-ci ildən Arxiyepiskop statusunda ali din xadimi kimi səmərəli fəaliyyət göstərib, Azərbaycan cəmiyyətinin ehtiramını qazanıb, dövlətimizin ali mükafatları ilə təltif edilib.

Şeyxülislam A.Paşazadə Arxiyepiskop Aleksandrla qardaşlıq münasibətlərini yüksək dəyərləndirdiyini, onun Qafqaz Müsəlmanları İdarəsi ilə Rus Pravoslav Kilsəsi arasında dini-mənəvi əlaqələrin inkişafında böyük rolu olduğunu bildirdi. Moskva və bütün Rusiya Patriarxı Kirillə salamlarını yetirən QMİ sədri ümidvar olduğunu bildirdi ki, bu əlaqələr bundan sonra da davam və inkişaf edəcəkdir.

Pyatiqorsk və Çerkessk Arxiyepiskopu Feofilakt, öz növbəsində, Şeyxülislam A.Paşazadəyə mərhum Arxiyepiskop Aleksandr həzrətlərinə hər zaman dəstək olduğuna görə təşəkkürlərini bildirək, Rus Pravoslav Kilsəsində hər zaman bu amili yüksək dəyərləndirdiklərini ifadə edib. Özünün Qafqaz bölgəsində fəaliyyət göstərdiyini vurğulayan Arxiyepiskop Feofilakt A.Paşazadəni Böyük Qafqazın ən böyük din xadimi kimi səciyyələndirdi. Bildirdi ki, dünyada xalqları düzgün yola yönəldən belə müdrik və məsuliyyətli din xadimlərinə böyük ehtiyac vardır.

Paylaş:
377

Son xəbərlər

Lerikdə zəlzələ olub, digər rayonlarda da hiss olunubBu gün, 08:59Laçın şəhərinə növbəti köç karvanı yola salınıb - FOTOBu gün, 08:57Xankəndi şəhərinin iqtisadi imkanları ilə tanışlıq - FOTO27 / 06 / 2024, 19:21TƏBİB-in icraçı direktoru: Tibb müəssisələrində baş vermiş uyğunsuzluqlar ciddi narahatlıq doğurur27 / 06 / 2024, 17:48Baş Prokurorluq işəgötürənlərə müraciət etdi27 / 06 / 2024, 17:35Arif Quliyevin həyat yoldaşı vəfat etdi27 / 06 / 2024, 17:31Sevinc Fətəliyeva: Cənubi Qafqazda sülhün və təhlükəsizliyin təmin edilməsi Azərbaycan üçün ən əsas məsələdir27 / 06 / 2024, 17:21Natiq Qasımovun anasına Prezident təqaüdü təyin edilib27 / 06 / 2024, 17:12Rusiya gəmiləri Bakıya dostluq səfəri ediblər - FOTO27 / 06 / 2024, 17:04“AmCham Azərbaycan”ın Direktorlar Şurası yenidən formalaşdırılıb27 / 06 / 2024, 16:58İsmayıllı-Lahıc avtomobil yolunda hərəkət bərpa edilib27 / 06 / 2024, 16:34Ceyranbatan su anbarında qadın meyiti aşkarlanıb27 / 06 / 2024, 16:20Azərbaycanda bəzi seçki dairələrinin hüdudlarına dəyişiklik edilir27 / 06 / 2024, 16:16Azərbaycanda Dünya Ətraf Mühit Günü keçiriləcək27 / 06 / 2024, 16:11Prezident BMT-nin Baş katibinin müavini və Ətraf Mühit Proqramının icraçı direktorunu qəbul edib - YENİLƏNİB27 / 06 / 2024, 15:55Özbəkistanda II Beynəlxalq Maqom Sənəti Forumu keçirilir27 / 06 / 2024, 15:44Sahibkarlar üçün Ağdam Sənaye Parkına səfər təşkil edilib27 / 06 / 2024, 15:38Ölkəyə qanunsuz gətirilən tütün məhsulları aşkarlandı27 / 06 / 2024, 15:24Bu günə qədər 64 mindən çox müəllim sertifikatlaşdırma imtahanlarında iştirak edib27 / 06 / 2024, 15:05ABB-nin dəstəyi ilə “Baku ID” innovasiya festivalı başlandı27 / 06 / 2024, 14:59
Bütün xəbərlər