Boliviyanın eks-prezidenti 10 il azadlıqdan məhrum edildi | 1news.az | Xəbərlər
Dünya

Boliviyanın eks-prezidenti 10 il azadlıqdan məhrum edildi

13:38 - 11 / 06 / 2022
Boliviyanın eks-prezidenti 10 il azadlıqdan məhrum edildi

Boliviyanın eks-prezidenti Janin Anyes 10 il müddətinə azadlıqdan məhrum edilib.

1news.az APA-ya istinadən bildirir ki, o, 2019-cu ildə dövlət çevrilişinə cəhdlə bağlı cinayət işi çərçivəsində məhkum olunub.

Prokurorluq 2019-cu ildə Konstitusiyaya zidd qanunlar verdiyi və səlahiyyətlərini aşdığı üçün ona 15 il həbs cəzası verilməsini tələb etsə də, məhkəmə cəzanı yüngülləşdirib.

1news.az

Paylaş:
586

Son xəbərlər

Bütün xəbərlər