Rəhman Hacıyev əcnəbi diplomatlara Qarabağda ermənilər tərəfindən törədilən dağıntılar barədə məlumat verib - FOTO | 1news.az | Xəbərlər
Siyasət

Rəhman Hacıyev əcnəbi diplomatlara Qarabağda ermənilər tərəfindən törədilən dağıntılar barədə məlumat verib - FOTO

09:10 - 14 / 06 / 2022
Rəhman Hacıyev əcnəbi diplomatlara Qarabağda ermənilər tərəfindən törədilən dağıntılar barədə məlumat verib - FOTO

10 iyun 2022-ci il tarixində Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Beynəlxalq İnkişafa Yardım İdarəsinin (AİDA) dəvəti ilə ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutu, Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyi (AİDA) ilə birgə təşkil etdiyi “Əcnəbi diplomatlar üçün Xarici Siyasət Proqramı”nda məruzəçi qismində çıxış edib.

1news.az xəbər verir ki, QDF-in İdarə Heyətinin sədri bununla bağlı şəxsi Facebook səhifəsində paylaşım edib.

Məlumata görə, Rəhman Hacıyev “Əcnəbi diplomatlar üçün xarici siyasət Proqramı - 2022” adlı ixtisaslaşma kursu çərçivəsində 11 ökəni təmsil edən 15 diplomat qarşısında “Qarabağda Urbisid” adlı təqdimatla işğaldan azad edilən ərazilərdə erməni terroru nəticəsində maddi obyektlərə, memarlıq inciləri olan tarixi abidələrə, dəyən zərər haqqında ətraflı məlumat verib.

R.Hacıyev çıxışı zamanı ideya müəllifi Azərbaycan Respublikasının Birinci vitse-prezidenti hörmətli Mehriban xanım Əliyevanın olduğu, Ermənistan-Azərbaycan münaqişəsinin səbəbləri, Ermənistanın təcavüzünün nəticələri barədə obyektiv məlumatların sistemləşdirilməsi və geniş ictimaiyyətə çatdırılması məqsədilə ərsəyə gələn “Karabakh.Center” internet-resursu (https://karabakh.center/az) əsasında hazırlanan, işğaldan azad edilən ərazilərimizə, tarixi abidələrimizə, məsçidlərimizə, məzarlıqlara və digər maddi obyektlərə vurulan dəhşətli zərər haqqında görüntülərin əks olunduğu “Qarabağda Urbisid” videoçarxını və eyniadlı fotosərgini tədbir iştirakçılarına təqdim edib.

İdarə Heyətinin sədri zərərin aradan qaldırılmasında dövlət, biznes və cəmiyyətin səylərinin birləşdirilməsinin, işğaldan azad edilən ərazilərin bərpası və yenidən qurulmasında həmrəyliyin rolunu xüsusi vurğulayıb.

Sonda Rəhman Hacıyev Fondun həyata keçirdiyi tədbirlər və cari ildə nəzərdə tutulan layihələr, eyni zamanda Fonda cəlb olunan ianələr və ianə etmək imkanları barədə də ətraflı məlumat verib.

Paylaş:
316

Son xəbərlər

Ədalət Verdiyev həbs edildiBu gün, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıbBu gün, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşübBu gün, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaqBu gün, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanırBu gün, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”Bu gün, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdürBu gün, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcəkBu gün, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏTBu gün, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEOBu gün, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildiBu gün, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıbBu gün, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandıBu gün, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş veribBu gün, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37
Bütün xəbərlər