Meymunçiçəyi pandemiya elan edilib | 1news.az | Xəbərlər
Dünya

Meymunçiçəyi pandemiya elan edilib

Qafar Ağayev17:19 - 23 / 06 / 2022
Meymunçiçəyi pandemiya elan edilib

Dünya Səhiyyə Şəbəkəsi meymunçiçəyini pandemiya elan edib.

1news.az xəbər verir ki, bu barədə təşkilatın saytında yayılan məlumatda bildirilib.

Məlumatda qeyd olunub ki, artıq dünyanın 58 ölkəsində meymunçiçəyi xəstəliyi yayılıb və ümumilikdə 3 417 yoluxma halı təsdiqlənib. Əlavə olunub ki, müxtəlif qitələrdə yoluxanların sayı hər həftə daha da artır və ölkələr xəstəliklə mübarizə məqsədilə qlobal əməkdaşlıq etmədiyi təqdirdə virus yayılmağa davam edəcək.

Press-relizdə meymunçiçəyi virusunun çiçək xəstəliyindən daha az ölüm nisbətinə malik olduğu, lakin yayılmanın qarşısının alınması üçün müvafiq praktiki tədbirlər görülmədiyi təqdirdə milyonlarla insanın ölümünə, kor və ya əlil qalmasına səbəb ola biləcəyi qeyd olunub.

Paylaş:
864

Son xəbərlər

Bütün xəbərlər