Azərbaycan və Qırğız respublikaları arasında Dövlətlərarası Şura yaradılacaq - YENİLƏNİB | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan və Qırğız respublikaları arasında Dövlətlərarası Şura yaradılacaq - YENİLƏNİB

11:46 - 24 / 06 / 2022
Azərbaycan və Qırğız respublikaları arasında Dövlətlərarası Şura yaradılacaq - YENİLƏNİB

Azərbaycan və Qırğız Respublikaları arasında dövlət başçıları səviyyəsində Dövlətlərarası Şura təsis ediləcək.

1news.az xəbər verir ki, bu, “Azərbaycan Respublikası və Qırğız Respublikasının Dövlətlərarası Şurasının yaradılması haqqında” Memorandumun təsdiq edilməsi barədə” qanun layihəsində əksini tapıb.

Parlament Memoranduma əlavə olunan “Azərbaycan Respublikası və Qırğız Respublikasının Dövlətlərarası Şurası haqqında Əsasnamə”ni də təsdiq edəcək. Əsasnaməyə əsasən, Dövlətlərarası Şuraya dövlət Başçıları rəhbərlik edəcək. Şuranın tərkibinə hökumətlərin başçıları daxildirlər. Şuranın iclaslarında Azərbaycan və Qırğız Respublikalarının hökumətlərinin üzvləri, həmçinin dəvət olunan şəxslər (razılaşdırmaqla) iştirak edə bilərlər. Dövlətlərarası Şura zəruri olduğu təqdirdə daimi və müvəqqəti əsasda İşçi Qruplar yarada bilər. Dövlətlərarası Şuranın sədri dövlət başçıları başqa cür qərar qəbul etmədiyi təqdirdə ərazisində növbəti iclasın keçirildiyi dövlətin başçısıdır. Şura öz iclaslarını ildə bir dəfədən az olmayaraq növbəli əsasda tərəflərin hər birinin ərazisində keçirir. Dövlət başçılarının tapşırığına əsasən, Şuranın iclasları tərəflərin hökumət başçılarının sədrliyi ilə də keçirilə bilər. Təxirəsalınmaz məsələlərin həlli üçün tərəflərin hər birinin təşəbbüsü ilə Şuranın növbədənkənar iclasları çağırıla bilər. Şura aşağıdakı funksiyaları həyata keçirir:

- Azərbaycan və Qırğız respublikaları arasında münasibətlərin inkişafının ən mühüm pinsipial məsələlərinə baxır;

- Münasibətlərin inkişaf strategiyasını, əsas istiqamətlərini və perspektivlərini müəyyən edir və əldə olunmuş razılaşmaların həyata keçirilməsinə yönələn qərarlar qəbul edir.

Şuranın fəaliyyətinin əlaqələndirilməsi tərəflərin xarici işlər nazirliklərinə həvalə olunur.

10:34

Azərbaycan və Qırğız respublikaları arasında Dövlətlərarası Şura yaradılacaq.

1news.az xəbər verir ki, bu, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin bu gün keçiriləcək iclasının gündəliyinə daxil edilən “Azərbaycan Respublikası və Qırğız Respublikasının Dövlətlərarası Şurasının yaradılması haqqında” Memorandumun təsdiq edilməsi barədə” qanun layihəsində əksini tapıb.

1news.az

Paylaş:
374

Son xəbərlər

Ədalət Verdiyev həbs edildiBu gün, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıbBu gün, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşübBu gün, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaqBu gün, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanırBu gün, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”Bu gün, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdürBu gün, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcəkBu gün, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏTBu gün, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEOBu gün, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildiBu gün, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıbBu gün, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandıBu gün, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş veribBu gün, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37
Bütün xəbərlər