“Bu gün ölkəmizdə xalq-ordu birliyi ən yüksək səviyyədədir” - Deputat | 1news.az | Xəbərlər
Siyasət

“Bu gün ölkəmizdə xalq-ordu birliyi ən yüksək səviyyədədir” - Deputat

13:35 - 25 / 06 / 2022
“Bu gün ölkəmizdə xalq-ordu birliyi ən yüksək səviyyədədir” - Deputat

Azərbaycan Silahlı Qüvvələrinin qəhrəmanlığı hər zaman dillər əzbəri olacaq. Onlar böyük bir missiyanı uğurla sona çatdırmaqla tarixin gedişini dəyişdilər, münaqişənin həlli ilə bağlı saxta proqnozları və yalançı fikirləri alt-üst etdilər.

1news.az xəbər verir ki, bu fikirləri Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib:

"Dünyanın 30 ilə yaxın bir müddətdə müzakirə və təhlil etdiyi münaqişəyə cəmi 44 günə nöqtə qoyuldu, Azərbaycanın şanlı tarixinin ən böyük sərkərdələrindən olan Prezident İlham Əliyevin “Qarabağ Azərbaycandır!” ifadəsi reallığa çevrildi. Bu əmrin icrası üçün Silahlı Qüvvələrimizin qarşısında heç bir qüvvənin davam gətirə bilməyəcəyini döyüş meydanında, özlərinin canı və qanı bahasına sübut etdilər. Müharibənin gedişi zamanı və ondan sonra dünya mətbuatında, analitik nəşrlərində Azərbaycan Ordusunun hərbi taktikası geniş təhlil olunur və yüksək qiymətləndirilirdi. Hazırda bu taktika dünyanın hərb tarixində yenilik hesab olunur və dərsliklərə salınır. Bu, bir daha onu göstərir ki, Azərbaycan əsgəri adını tarixin səhifələrinə qızıl hərflərlə yazmaqla gələcək nəsillərə böyük bir qəhrəmanlıq məktəbini miras qoyub. Həm düşmənlərə, həm də gələcək nəsillərə göstərdilər ki, Vətənimizə xain baxışların, çirkin niyyətlərin cavabı necə olur".

AHİK sədrinin sözlərinə görə, bu gün Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu sırasındadır və Ordumuzun daha da gücləndirilməsi istiqamətində Prezident İlham Əliyev tərəfindən əhəmiyyətli addımlar atılmaqdadır:

"Maddi-texniki təchizat mütəmadi olaraq yenilənir, müasir infrastruktur yaradılır, islahatlar aparılır. Davamlı olaraq formalaşan və inkişaf edən hərbi sənaye hesabına müxtəlif növ hərbi texnika, zirehli maşınlar, pilotsuz uçuş aparatları, atıcı silahlar istehsal olunur, silah və hərbi texnikaların satın alınması və hərbi məhsulların istehsalına dair bir sıra ölkələrlə müqavilələr imzalanır. Həmçinin döyüş qabiliyyətinin yüksəldilməsi məqsədilə mütəmadi olaraq hərbi təlimlər keçirilir. Daha uğurlu bir addım isə Prezidentin tapşırığı ilə yeni təyinatlı Komando Briqadasının yaradılmasıdır ki, yenilməz Ordumuzun gücünə yeni bir güc qatır və potensialını yüksəldir”.

“Dövlətimiz hər zaman hərbi qulluqçulara xüsusi diqqət və qayğı ilə yanaşır, onların sosial müdafiəsinin gücləndirilməsi, mənzil təminatının yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılır. Həmçinin Müzəffər Ali Baş Komandan İlham Əliyevin təşəbbüsü ilə tarixi Zəfər münasibətilə orden və medalların təsis olunması qəhrəman hərbçilərimizə göstərilən ali diqqətinin təzahürüdür. Bu gün ölkəmizdə xalq-ordu birliyi ən yüksək səviyyədədir. Vətən müharibəsində xalqımızın hər bir nümayəndəsinin qəlbi əsgərlərimizlə bir döyündü. Məhz bu birlik qəhrəman hərbçilərimizə yeni ruh verdi, onları qələbəyə köklədi. Sarsılmaz gücə sahib bu birlik gələcək uğurlarımızın da əsas təminatçısıdır. Xalqımızın Silahlı Qüvvələr Gününə olan münasibəti, bu əlamətdar günü böyük sevinc və coşqu ilə qeyd etməsi dediklərimizin sübutudur”, - deyə Milli Məclisin deputatı əlavə edib.

1news.az

Paylaş:
368

Son xəbərlər

Ədalət Verdiyev həbs edildiBu gün, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıbBu gün, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşübBu gün, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaqBu gün, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanırBu gün, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”Bu gün, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdürBu gün, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcəkBu gün, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏTBu gün, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEOBu gün, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildiBu gün, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıbBu gün, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandıBu gün, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş veribBu gün, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37
Bütün xəbərlər