Kamaləddin Qafarov: “Bu səfər münasibətlərin daha da yaxşılaşmasına kömək edəcək” | 1news.az | Xəbərlər
Siyasət

Kamaləddin Qafarov: “Bu səfər münasibətlərin daha da yaxşılaşmasına kömək edəcək”

10:15 - 25 / 06 / 2022
Kamaləddin Qafarov: “Bu səfər münasibətlərin daha da yaxşılaşmasına kömək edəcək”

“Azərbaycanın digər türkdilli ölkələrlə münasibətlərinin Türkiyə səviyyəsinə yüksəldilməsində ciddi marağı var.

Dil, mədəniyyət və din birliyinin olması, tarixi genetik ortaqlıq bu münasibətlərin yaxşılaşmasını indiki dönəmdə daha da aktual edir. Müasir qlobal proseslər, dünyada gedən siyasi kataklizmlər və böhran göstərir ki, belə birliyin olmadığı coğrafiyada inkişaf etmək, dayanıqlı sülhə nail olmaq çox çətin olacadır. Bu baxımdan Prezident İlham Əliyevin Özbəkistana səfəri həm ikitərəfli əlaqələrin inkişafına mühüm töhfə verəcək, həm də Türk dövlətləri birliyi təşkilatının daha da inkişafina səbəb olacaqdır”.

1news.az xəbər verir ki, bu sözləri millət vəkili Kamaləddin Qafarov Prezident İlham Əliyevin Özbəkistana səfərini mətbuata şərh edərkən deyib.

Milli Məclis deputatı vurğulamışdır ki, Daşkənddə Ulu Öndər Heydər Əliyevin adını daşıyan Meydanın açılışında iştirak edən Prezident geniş nitq söyləmiş, Azərbaycan-Özbəkistan əlaqələrinin dərin köklərə, tarixi zərurətə əsaslandığını qeyd etmişdir. “Cənab Prezident Ulu Öndərin bu əlaqələrə böyük önəm verdiyini xatırladaraq daim Özbəkistanın keçmiş rəhbərləri ilə dostluq münasibətləri saxladığını bildirmidir. Böyük tarixi şəxsiyyət olan Heydər Əliyev bu dostluq münasibətlərinin, qarşılıqlı əlaqələrin yaxın gələcəkdə strateji səviyyəyə qaldırılması zərurətini bilirdi və bu yöndə işlərin inkişafını tövsiyə edirdi. Geniş tərkibli görüş zamanı Prezident İlham Əliyev öz çıxışında əlaqələrin intensivləşdirilməsi, bütün sahələrdə- iqtisadi, siyasi, mədəni, kommunikasiya və rabitə sahələrində əlaqələrin yaxşılaşdırılmasının hər iki tərəfin marağında olmasını bildirmiş, bunun gələcək tərəqqi üçün zəruri olduğunu qeyd etmişdir”.

Millət vəkili bildirmişdır ki, səfərin diqqətçəkən məqamı bu səfərin 25 il əvvəl Ümummilli lider Heydər Əliyevin Özbəkistana səfərinin tarixi ilə eyni vaxta düşməsidir. Bu mənada cənab Prezidentin özbəkistanlı həmkarı Şövkət Mirziyayevlə keçmişdə imzalanan sənədlərin yeni reallıqlara uyğunlaşdırılması kontekstində müzakirə aparması proseslərə yeni yanaşmanın təzahürüdür. İki dövlət başçısının imzaladığı 19 sənəd bir sıra sahələri əhatə edəcəkdir. İlk növbədə, iqtisadi əlaqələrin daha yüksək səviyyəyə qaldırılması, idxal-ixrac balansının tənzimlənməsi, kommunikasiyaların davamlı səviyyədə inkişaf etdirilməsi, Türk Dövlətləri Birliyinin möhkəmləndirilməsi sənədlərdə öz əksini tapmışdır. Regional təhlükəsizliyin qorunması, hərbi sahədə əməkdaşlığın genişləndirilməsi də gündəmdə olan məsələlərdən biridir. Cənab Prezidentin səfərin nəticələrinə dair Bəyanatı bunu deməyə əsas verir ki, Xəzər, Mərkəzi Asiya, Cənubi Qafqaz regionlarında sülhə və sabitliyə nail olmaq üçün ölkələrimiz arasında münasibətlər daha da möhkəmlənəcək, aramızda daha çox əməkdaşlıq və qarşılıqlı dəstək olacaq. Bunun əsası liderlərin siyasi iradəsi, eləcə də iqtisadi zəminlərdir.

Millət vəkili sonda qeyd etmişdir ki, Daşkənddə ikili əlaqələrin ən müxtəlif tərəflərini əhatə edən investisiya sazişləri və ticarət müqavilələri paketi imzalansa da, bu səfər, Bəyannamədən də göründüyü kimi, müdafiə və təhlükəsizlik sahəsində dərin əməkdaşlığın özülünün qoyulmasıyla daha çox diqqəti cəlb etdi.” Təbii ki, bu istiqamətlərdə inkişafa nail olmaq həm də digər türkdilli ölkələrin, eləcə də Türk Dövlətləri Birliyi təşkilatının də inkişafına, münasibətlərin daha yüksək səviyyədə qurulmasına xidmət edəcəkdir”.

1news.az

Paylaş:
299

Son xəbərlər

Ədalət Verdiyev həbs edildiBu gün, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıbBu gün, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşübBu gün, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaqBu gün, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanırBu gün, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”Bu gün, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdürBu gün, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcəkBu gün, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏTBu gün, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEOBu gün, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildiBu gün, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıbBu gün, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandıBu gün, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş veribBu gün, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37
Bütün xəbərlər