Ağdamda illik Milli Şəhər Forumu təşkil oluna bilər | 1news.az | Xəbərlər
Siyasət

Ağdamda illik Milli Şəhər Forumu təşkil oluna bilər

Qafar Ağayev13:34 - 27 / 06 / 2022
Ağdamda illik Milli Şəhər Forumu təşkil oluna bilər

Azərbaycan ilə UN-HABITAT arasında bu il Azərbaycanda, Ağdamda illik Milli Şəhər Forumunun təşkil olunması məsələsi də müzakirə edilir.

1news.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Ümumdünya Şəhər Forumunun 11-ci sessiyasında videoformatda çıxışı zamanı deyib.

Dövlət başçısı bildirib:

"Çıxışımın sonunda böyük məmnuniyyətlə elan etmək istəyirəm ki, Azərbaycan Ümumdünya Şəhər Forumunun növbəti sessiyalarının birinə ev sahibliyi etmək arzusundadır və buna hazırdır. Əminəm ki, yüksək səviyyəli beynəlxalq tədbirlərə ev sahibliyi etməkdə böyük təcrübəyə malik ölkə olan Azərbaycanda Ümumdünya Şəhər Forumunun keçirilməsi uğurlu olacaqdır".

Paylaş:
404

Son xəbərlər

Bütün xəbərlər