Donuz ürəyi köçürülmüş insanın əsl ölüm səbəbi açıqlandı | 1news.az | Xəbərlər
Dünya

Donuz ürəyi köçürülmüş insanın əsl ölüm səbəbi açıqlandı

14:55 - 28 / 06 / 2022
Donuz ürəyi köçürülmüş insanın əsl ölüm səbəbi açıqlandı

Həkimlər ilk dəfə donuz ürəyinin köçürülməsindən sonra ölən kişinin tibbi qeydlərini təhlil ediblər.

1news.az milli.az-a istinadən xəbər verir ki, Merilend Universiteti bildirib ki, ölümün əsl səbəbi orqan rəddi deyil, viral infeksiyadır.

Yanvar ayında 57 yaşlı Devid Bennet donuz ürəyinin transplantasiyası əməliyyatı keçirib. Bir neçə aydan sonra kişi ölüb. Yarılma nəticəsində müəyyən etmək mümkün olub ki, onun ölümünə ürək əzələsinin qalınlaşması səbəb olub, nəticədə normal fəaliyyət göstərə bilməyib.

Bundan əlavə, transplantasiya edilmiş orqanda donuz sitomeqalovirusu aşkar edilib. Mütəxəssislər qarşıdakı əməliyyatlarda heyvanların yetişdirilməsi və cərrahi müdaxilələr zamanı donor orqanlarda infeksiyalara nəzarəti gücləndirməyi planlaşdırırlar.

1news.az

Paylaş:
464

Son xəbərlər

Bütün xəbərlər