İranda güclü zəlzələ olub, ölənlər var
İranda zəlzələ olub, ölənlər var.
1news.az IRNA-ya istinadən xəbər verir ki, bu barədə İranın Hörmüzqan vilayətinin qubernatoru Mehdi Dousti bildirib.
Onun sözlərinə görə, İranın cənubundakı Bəndər Xamirin şəhərinin Sayeh Xoş kəndində baş verən 6.1 və 6.3 bal gücündə iki zəlzələdə 5 nəfər ölüb, 19 nəfər yaralanıb.
Mehdi Dousti deyib ki, dağıntıların böyük hissəsi zəlzələnin mərkəzinə yaxın olan Sayeh Hoş kəndində baş verib.
İran dövlət televiziyası isə 49 nəfərin yaralandığını açıqlayıb və elektrik kəsilməsi nəticəsində qaranlığa qərq olan Sayeh Xoşda yaşayış binalarının dağıntılara çevrildiyini əks etdirən video görüntüləri nümayiş etdirib.
1news.az
398